22 C
Baku
Friday, April 26, 2024

“AtaSığorta” ASC-dən iş elanı: 2 yeni vakansiya

0
“AtaSığorta” ASC-dən iş elanı: 2 yeni vakansiya
Bakı
27.11.2020

Daxili Audit Departamentinin Direktoru

Əsas vəzifə öhdəlikləri:

  • DAD-nin idarəedilməsi və keyfiyyətli xidmətlər göstərilməsinə dair qaydaların tərtibi;
  • Risklərin qiymətləndirilməsi əsasında DAD planının hazırlanması;
  • Risk qiymətləndirməsinin əsasında auditin icrası;
  • DAD planının yekunlaşdırılması və Təftiş Komissiyası tərəfindən təsdiqinə nail olması;
  • Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Təftiş Komissiyasının diqqətinə çatdırılması;
  • Bütün DAD yoxlama hesabatlarının düzgün tərzdə hazırlandığına təminat verilməsi;
  • DAD-nin fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatların çatdırılması;
  • DAD tövsiyələrinə uyğun olaraq tədbirlər planının monitorinqi, təsdiqi və hesabatı;
  • Sığorta fəaliyyətinin qanunauyğunluğunun yoxlanılması.

Namizədə olan tələblər:

  • Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir);
  • Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi;
  • MS Office təminat proqramları paketi üzrə yüksək səviyyədə biliklərin olması (xüsusilə Excel);
  • Sərbəst Azərbaycan dili və İngilis dili, Rus dili arzuolunandır;
  • Müstəqil qərarvermə qabiliyyəti;
  • Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
  • Audit rəyləri hazırlama və yazma bacarığı.

Müraciət etmək üçün:

  • Başlıqda “Daxili Audit Departamentinin Direktoru” qeyd olunmaqla CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik.
  • Başlıqda “Daxili Audit Departamentinin Direktoru” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Daxili Auditor

Əsas vəzifə öhdəlikləri:

  • Daxili audit yanaşması ilə bağlı təklifləri hazırlamaq;
  • Beynəlxalq daxili audit və mühasibat uçotu standartlarını başa düşmək və ona dair bilikləri tətbiq etmək;
  • Şirkətin biznes proseslərində, onların daxili nəzarət və əməliyyatlarında iştirak etmək;
  • Yoxlanılan sahədə tapılan bütün audit nöqsanları aşkarlamaq;
  • Daxili audit hesabatlarının ilkin layihəsini hazırlamaq.

 

Namizədə olan tələblər:

  • İqtisadiyyat, mühasibat və ya maliyyə sahəsi üzrə ali təhsil;
  • Daxili audit, maliyyə auditi və ya əlaqəli sahələr üzrə ən azı 3 illik iş təcrübəsi (Sığorta sahəsində daxili audit təcrübəsi arzuolunandır);
  • Sərbəst Azərbaycan və İngilis dili, Rus dili arzuolunandır;
  • Microsoft Office proqramlarının peşəkar istifadəçisi;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətli, sərbəst və komanda ilə işləmək bacarığı.

 

Müraciət etmək üçün:

  • Başlıqda “Daxili Auditor” qeyd olunmaqla CV-nizi  [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.
  • Başlıqda “Daxili Auditor” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
  • Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

İşin aid olduğu sahə

KateqoriyaSığorta