13 C
Baku
Thursday, November 14, 2024

Audit üzrə aparıcı mütəxəssis – Azertexnolayn

0
Audit üzrə aparıcı mütəxəssis – Azertexnolayn
Bakı
27.08.2024

“Azertexnolayn” MMC-nin Daxili audit şöbəsinə “Audit üzrə aparıcı mütəxəssis” vakansiyası üzrə əməkdaş axtarışındayıq.

Əsas vəzifə öhdəlikləri:

  • Audit planları əsasında audit proqramlarının tərtib edilməsində iştirak etmək,
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Audit layihəsi zamanı  çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq;
  •  Auditin layihəsinin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətinin müəyyən edilməsinə dair hesabatların hazırlanması,

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il (istehsalat təcrübəsi üstünlükdür)
  • Təhsili/ixtisası: Ali təhsil  (İqtisadi sahələr üzrə üstünlükdür)
  •  Bacarıqlar: MS office proqramları( yüksək səviyyədə)
  • Təlim və kurslar: Müvafiq beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür (CİA, CFSA, ACCA, CİMA və s.)
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • Struktur: Daxili audit şöbəsi
  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.   Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Audit üzrə aparıcı mütəxəssis” başlığı altında email ünvanına göndərmələri xahiş olunur  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor