5 C
Baku
Saturday, December 14, 2024

Biznes-analitik – Ram Holding

0
Biznes-analitik – Ram Holding
Bakı
27.08.2024

Namizədə olan tələblər:

  • Ali təhsil (menecment, insan resursları, biznes idarəçiliyi və s);
  • Biznes proseslərin təhlili, iş axışı xəritələrinin tərtibi, proseslərin optimallaşması və ya oxşar sahədə azı 2 il iş təcrübəsi;
  • Biznes-proseslərin avtomatlaşdırılması təcrübəsi üstünlükdür;
  • Azərbaycan, rus və ingilis dili biliyi;
  • MS Excel, MS Visio, MS Projects proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
  • Alqoritmlərin qurulması və proqram tərtibatı sahəsində biliklər (konfiqurasiya planları, texniki tələblər və s. formalaşdırılması üçün);
  • Layihələrlə işləmək və layihə idarəedilməsi sahəsində təcrübə arzuolunandır;
  • Agile yanaşma metodlarından ən azı biri üzrə biliklərin olması üstünlükdür;
  • Yüksək analitik bacarıqlar;
  • Həll-yönümlü yanaşma və problem həlletmə bacarığı;
  • Yüksək kommunikasiya və ünsiyyət qura bilmə bacarığı;
  • PMI (PBA və ya ACP və ya PMP və ya digər) sertifikatlarından ən azı birinə sahib olması arzuolunandır;
  • Zərurət olduğu təqdirdə, ezamiyyətlərə hazır olmalı

Vəzifə öhdəlikləri:

  • Tələblərin əldə olunması: biznes-proseslər, avtomatlaşdırma
    və ya hər hansı digər texniki həllin məqsədlərini, ehtiyaclarını, hədəflərini və tələblərini dərk etmək və anlamaq üçün bu istiqamətlərin iştirakçıları ilə və sahə üzrə ekspertlərlə əməkdaşlıq etmək;
  • Biznes tələblərini sənədləşdirmək və təhlil etmək;
  • İş və iş yükünün analizlərini aparmaq;
  • Data analizi: məsələlərin kökünü, trendlərini və patternlərini müəyyən etmək üçün müxtəlif mənbələrdən dataları əldə etmək və təhlil etmək;
  • Prosesin təkmilləşdirilməsi: mövcud biznes-proseslərin və iş axışlarının inkişaf və təkmilləşdirilmə imkanlarını müəyyən etmək və qiymətləndirmək;
  • Həll tərtibi: biznes ehtiyaclarını qarşılayacaq həllərin təklifini vermək və tərtib etmək üçün bu həlldən faydalanacaq iştirakçılarla və şəxslərlə işləmək;
  • Dəyişikliklərin idarəedilməsi: yeni həllərin rahat implementasiyası məqsədilə dəyişikliklərin idarəedilməsi proseslərini tam və düzgün icra etmək (kommunikasiyalar, təqdimatlar, təlimatlar, təlimlər və s.).
  • Layihələr: layihələrin planlanması, icrası və monitor olunmasında iştirak etmək və dəstək göstərmək. Layihənin vaxtında və təyin olunmuş büdcə çərçivəsində tamamlanmasının təmini üçün öz işini kros-funksional komandalarla koordinasiya etmək;
  • Kommunikasiyalar: təşkilatın idarəedilməsinin bütün səviyyələrində olan rəhbərlər və əməkdaşlara yeni həllər və layihələrlə bağlı dəyişikliklər, müəyyən olunmuş məsələlər, tövsiyyələr, təkliflər və statusları kommunikasiya etmək. Əsas məlumatların effektiv və dəqiq ötürülməsini təmin etmək;
  • Davamlı İnkişaf: fəaliyyət sahəsi ilə bağlı trendlər, yeniliklər, üstün təcrübələr və yeni texnologiyalar barəsində davamlı məlumatlı olmaq. Biznes performansını artırmaq və prosesləri təkmilləşdirmək üçün mütəmadi olaraq fürsətləri araşdırmaq və dəyərləndirmək. 

İş şərtlərimiz:

  • Əmək haqqı: razılaşma əsasında təyin olunur
  • İş qrafiki: tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Yasamal ray., Mirəli Seyidov küç. 28-30.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Biznes-analitik” yazaraq  email ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər