11 C
Baku
Tuesday, November 5, 2024

Auditor – Aztelekom

0
Auditor – Aztelekom
Quba
09.10.2019
Təcrübə proqramı

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

Aztelekom” MMC hazırda baş ofisin Daxili Audit və Təhlükəsizlik Departamentində Auditor (Texniki və Maliyyə sahələri üzrə) vəzifəsi üzrə işçi qəbulu elan edir.

İşin qısa təsviri:

Ərizə və şikayətlərə baxılması, departament, bölgələrdəki qovşaqlar və digər strukturlarda maliyyə, iqtisadi, hüquq, anbar, kabel təsərrüfatı və digər sahələrdə tam auditin keçirilməsi.

Əsas vəzifə və öhdəlikləri:

1. Risklərin idarə olunmasını, əməliyyatların effektivliyinin nəzarətini, maliyyə əməliyyatlarının düzgünlüyünü və qaydalara riayət olunmasını nəzərə almaqla, tam audit dövranının icra edir;
2. Daxili auditinin həcmini müəyyən edir və illik planları tərtib edir;
3. Mühasibat hesabatlarını, sənədləri, məlumatları təhlil edir;
4. Daxili adit hesabatları tərtib edir və irəli qələn nəticələrə dair tövsiyələr verir;
5. Audit komitəsinin işçiləri əlaqələr qurur;
6. Digər struktur bölmələrilə qarşılıqlı fəaliyyət göstərir;
7. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. Ali Təhsilli;
2. Daxili Audit sahəsində ən azı 3 illik əmək stajına malik olmalıdır;
3. Boyük həcmli məlumatların idarə olunması və ətrafli audit hesabatlarının tərtib etmə bacarığına malik olmalıdır;
4. Daxili Audit Haqqında Azərbaycan Respublikasının Qanunu bilməlidir;
5. Auditə dair Təlimat və Qaydaları mükəmməl bilməlidir;
6. Güclü analitiki düşuncəyə malik olmalıdır, detalara dəqiq və diqqətli olmalıdır;
7. Azərbaycan, dilini mükəmməl bilməlidır;
8. Stressə davamlı olmalıdır;
9. Daxili Auditə aid olan sənədlərini tərtib etmə bacarığına malik olmalıdır;
10. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
11. Kompüter bilikləri üzrə: Word, Excel, Outlook PowerPoint proqramlarını mükəmməl bilməlidir;
12. Öz sahəsi üzrə təlim-tədrisləri hazırlama qabliyyətinə arzuolunandır;
13. İşgüzar yazışma əsaslarını bilməlidir;
14. Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

MAAŞ GÖZLƏNTİSİNİ və müraciət etdiyiniz vəzifələrdən birinin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Auditor: Texniki və ya Auditor: Maliyyə): [email protected] . Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaAuditor