13 C
Baku
Saturday, April 27, 2024

Proqramçı – Aztelekom

0
Proqramçı – Aztelekom
09.10.2019

Azərbaycanın milli rabitə operatoru olan “Aztelekom” MMC hazırda ölkə üzrə öz tabeliyində 59 yerli telekommunikasiya müəssisələrini birləşdirir. Azərbaycanın əksər regionlarında keyfiyyətli telekommunikasiya xidmətləri göstərərək geniş əhatə dairəsinə malikdir.

İşəgötürən olaraq “Aztelekom” MMC, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır.

Aztelekom” MMC hazırda baş ofisin Proqramçı vəzifəsi üzrə işçi qəbulu elan edir.

Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Departament: İnformasiya texnologiyaları;
Şöbə: Proqlamlaşdırma.

Əsas vəzifə və öhdəlikləri:

1. Proqramçı fəaliyətini Proqramlaşdırma prosesinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla aparır;
2. Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni Qaydaların, Prosseslərin, Prosedurların, Daxili normativ aktların tərtibatında iştirak edir;
3. Hazır Proqramm təminatın istismarı səmərəliyi baradə rəy bildirir;
4. Riyazi modellər əsasında avtomatlaşdırma məsələlərin algoritmlərini yaradır;
5. Məsələlərin həlli texnologiyanı yaradır və izləyir;
6. Proqramlaşdırma dili seçir;
7. Avtomatlaşdırmaya aid məlumatları təyin edir və onun strukturunu, saxlama, dəqiqliyini, daxil və xaric edilmə sxemləri seçir;
8. Proqramları yoxlamağa xazırlayır və aparır;
9. Proqramların tam yoxlamag üçün məlumatları hazırlayır;
10. Məlumatların və avtomatlaşdırma proseslərinin unifikasiyası üçün təkliflər verir;
11. Proqramlaşdırma şöbəsinin perspektiv və cari planların xazırlanmasında iştirak edir;
12. Onun tərəfindən yazılan proqramların tam izahatını və muşahidə üçün sənədlər hazırlayır;
13. Proqrammların təlimatın yazılişda və təlimlərdə aktiv iştirak edir;
14. Hazır proqramlara dəstək edir və lazım olarsa düzəliş edir;
15. Bütün proqrammlar və onalara aid olan sənədlər mərkəzi Repositorida saxlanmasını təmin edir;
16. İş yükü artiq olduğu zaman (mütamadi olaraq) və şöbənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur bölmələrinin işinə dəstək olur;
17. Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:

1. İnformasiya Texnologiyaları üzrə Ali Təhsilə malik olmali;
2. Proqlamlaşdırma sahəsi üzrə azı 3 il əmək stajına malik olmalıdır;
3. Azərbaycan dili mükəmməl bilməlidır, ingilis və rus dillərini yaxşı səviyyədə bilməlidir;
4. Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları üzrə Qanunvericiliyini mükəmməl bilməlidir;
5. Programlar: Word, Excel, 1C, PowerPoint, C#, Python, PHP Laravel, CSS, JQ, Bootstrapp. sertifikatlara malik olmalıdı;
6. Struktur programlaşdırma principləri öz fəaliyıtində istifadə etməlidir;
7. Programm təminatların növlərini;
8. Muasir Programlaşdırma dilləri;
9. Məlumatların kodlaşdırma texnologiyaları;
10. Komanda tərkibində və GIT Repository işləməsini bacarmalıdır
11. Telekommunikasiya texnologiyaları uzrə protolkolların işləmə qaydası üzrə biliklərə malik olmalı;
12. Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
13. İşgüzar yazışma qaydalarını bilməlidir;
14. Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.
15. Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.

İŞ ŞƏRAİTİ

• Əmək müqaviləsi;
• Rəqabətli əmək haqqı;
• Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən;
• Qeyri iş günləri: qanunvericiliyin tələblərinə əsasən;
• İş qrafiki: 5 gün (şənbə – bazar istirahət), 09:00 – 18:00 (13:00 – 14:00 nahar fasiləsi);
• İş yeri: Bakı şəhəri;
• Peşəkar həmfikirlər komandası;
• Peşəkar inkişaf və karyera imkanları;

MAAŞ GÖZLƏNTİSİNİ (CV-də) və müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Proqramçı) qeyd etməyinizi xahiş edirik: E-ünvan: [email protected]
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər