8 C
Baku
Wednesday, October 30, 2024

Auditor – Prime Financial Services

0
Auditor – Prime Financial Services
Bakı
05.04.2021
İş barədə məlumat
– Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq
– Mühasibat əməliyyatlarında vergi monitorinqi aparmaq və əməliyyatların qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilməsini yoxlamaq
– Vergi, sosial sığorta, statistika və digər hesabatların və bəyannamələrin düzgün hazırlanmasını ilkin sənədlərlə yoxlamaq
– Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasına və vaxtında büdcəyə köçürülməsini yoxlamaq
– Hesablanmış vergi və digər öhdəlikləri uçot məlumatları ilə qarşılaşdırmaq
– Vergi və digər dövlət orqanlarından daxil olan sorğuların, kameral uyğunsuzluq məktublarını və digər məktubları nəzarətdə saxlamaq, araşdırmaq
– İş qrafiki həftədə beş gün I-V günlər saat
9:00-dan 18:00 dək
Namizədə tələblər– İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu və digər oxşar sahədə ali təhsil
– Vergi qanunvericiliyinin tətbiqi və hesabatların tərtibatı minimum 1 il iş təcrübəsi
– Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Sosial Sığorta – Haqqında Qanun və digər əlaqəli normativ-hüquqi aktların mühasiblər üçün gərəkli olan müddəaları və maddələri haqqında informasiyalara, biliklərə və axtarış vərdişlərinə malik olmaq
– Diqqətli və məsuliyyətli olmaq
– İnternet Vergi İdarəsi ilə sərbəst işləmək bacarığına malik olmaq
– Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti
– MS Excel proqramında yüksək səviyyədə işləmə bacarığı
– Azərbaycan dilini mükəmməl bilmək (ingilis və rus dili bilikləri əlavə üstünlükdür)
– Sertifikatların olması üstünlükdürMaraqlanan namizədlərdən öz CV-ni Word və ya pdf formatında mövzu hissəsində İşin adı göstərilməklə [email protected] elektron poçtuna göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaAuditor, Digər şirkətlər