Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.
Auditor
Tələblər:
• Ali təhsil (iqtisadiyyat, maliyyə-mühasibatlıq sahəsi üzrə təhsil və magistr təhsili arzu ediləndir);
• Azərbaycan Respublikasının Bankların fəaliyyətinə dair qanun və normativ sənədlərə dair biliklərə malik olması;
• Maliyyə üzrə biliklərin olması;
• Korporativ Bank xidmətləri istiqamətində əməliyyat sahəsi üzrə biliklərə malik olmalı;
• Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);
• Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı ;
• Ofis proqramları ilə sərbəst işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
• Stressə davamlılıq;
• 3-4 həftəlik ezamiyyələrdə iştirak etmək mümkünlüyü.
Öhdəliklər:
– İllik audit planına və plandankənar qaydada bankın struktur bölmələrinin işlərinin yoxlanılması;
– Yoxlama proseslərinin Azərbaycan Respublikasının qanunvercilik aktlarının, həmçinin Bankın daxili prosedurlarına uyğun aparılması;
– Bankın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların və standartların tələblərinin pozulması hallarını tədqiq etmək və uyğunsuzluqları aşkarlamaq;
– Audit yoxlanması zamanı aşkar edilmiş risklər barədə bankın digər bölmələrini məlumatlandırmaq və müvafiq tövsiyələr vermək;
– Yekun audit hesabatlarının hazırlanması və rəhbərliyə tədqim edilməsi;
– Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Auditor) göstərməyiniz xahiş olunur) və ya https://unibank.az/az/hrsnew/vacanciesHrm/232linkinə keçid edib vakansiyaya müraciət edə bilər.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor, Bank və BOKT işçisi |