25 C
Baku
Monday, April 29, 2024

Avadanlıqlar üzrə Mexanik-çilingər – Mətanət A

0
Avadanlıqlar üzrə Mexanik-çilingər – Mətanət A
17.09.2019

Mətanət A” şirkəti Avadanlıqlar üzrə Mexanik-çilingər vakansiyanı elan edir

İşin təsviri:

 Müəssisədə olan mexaniki avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə çalışmasını, saxlanılmasını təmin etmək;
 Mexaniki avadanlıqların vaxtı-vaxtında təmirini və düzgün texniki istismarını təşkil etmək;
 İstehsal qurğu və avadanlıqlara mütamadi baxış, sınaq və profilaktik təmir işlərinin icrasını həyata keçirmək, istehsalatın texniki hazırlığını təmin etmək;
 Təmir işləri üçün ehtiyat hissə bazası yaratmaq ;
 Həyata keçirilən təmir bərpa işlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsini, avadanlığın modernləşdirilməsi, dəzgah və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək;
 Yeni avadanlıqların, qurğuların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
 Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi;
 Avadanlıqlar, dəzgahlar və qurğular üzrə metodiki, normativ aktlar hazırlamaq.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

 Təhsil: Ali;
 Yaş həddi: 25-45
 Kompüter biliyi: Ofis proqramlarında işləmə bacarıqlı;
 Dillər: Rus biliyi arzu olunandır.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İş günü: Həftənin 6 günü;
 Bazar günü istirahət;
 Servis xidməti mövcuddur;
 Nahar şirkət tərəfindən qarşılanır;
 AR ƏM-nə uyğun sənədləşmə.
 İş yeri: AZ 1023-Masazır-2( Bakı-Sumqayıt şosesi,Masazır qəsəbəsi dairəsinin yaxınlığı)

Şəxsi keyfiyyətləri:

 Fikrini izah etmək qabiliyətli;
 Ünsiyyət yaratmaq bacarıqlı;
 Fəal olması;
 İşə planlı yanaşması.

Qeyd:

 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər