Bakı – Abşeron rayonu üzrə “Satış təmsilçisi” – Bank Respublika

    Abşeron, Bakı
    Posted 2 weeks ago

    “Bank Respublika” ASC Bakı – Abşeron rayonu üzrə “Satış təmsilçisi” vəzifəsi üzrə vakansiyalar elan edir.

    Ümumi vəzifə öhdəlikləri:

    • Yeni korporativ müştərilərin axtarışı və əməkdaşlığa cəlb edilməsi;
    • Potensial korporativ müştərilərlə görüşlərin keçirilməsi və təkliflərin hazırlanması;
    • Görülmüş işlər barədə rəhbərliyə aylıq hesabatların təqdim edilməsi.

    Namizədə qarşı tələblər:

    • Ali təhsil;
    • İş təcrübəsi: Kredit və ya əməliyyat sahəsi üzrə 2 illik iş təcrübəsi;
    • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya Rus dili bilikləri arzuolunandır;
    • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
    • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
    • Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
    • Hesabatlılığın aparılması bacarığı;
    • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
    • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

    Sizə nə təklif edirik?

    • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
    • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
    • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
    • Əlverişli iş mühitində çalışmaq imkanı.

    Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyul 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

    Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur.  Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

     

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.