14 C
Baku
Wednesday, April 17, 2024

Bakı – Abşeron rayonu, həmçinin region filiallarına Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis – Bank Respublika

0
Bakı – Abşeron rayonu, həmçinin region filiallarına Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis – Bank Respublika
Abşeron, Bakı
14.07.2021

“Bank Respublika” ASC Bakı – Abşeron rayonu, həmçinin region filiallarına Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
  • Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
  • Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
  • Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
  • Biznes analizlərin aparılması.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
  • Yüksək səviyyədə satış etmək bacarığı;
  • Korporativ müştərilərlə işləmək bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyul 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını emailin mövzu hissəsində aşağıdakı kimi göstərməyiniz xahiş olunur.

  • “Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bakı – Abşeron rayonu)”
  • “Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Region)”

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi