“Rabitabank” ASC Baki filiallar üzrə Xəzinədar vakansiyasını elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
– Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
– Nağd pulun qəbulunu və sayılıb çeşidlənməsini təmin edir.
– Sayılmış pulların bandrollaşdırılmasını və bağlanmasını həyata keçirir.
– Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
– Müştərilərə ancaq baş xəzinədar və ya filial müdir tərəfindən tapşırılmış qiymətlilərin mədaxili, mıəxarici və valyuta mübadiləsi xidməti göstərir;
– Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul vasitəsi ilə təmin edir;
– Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
– Dövriyyəyə yararsız nağd pula və digər qiymətlilərin dövriyyədən çıxarılmasına, dəyişdirilməsinə, bu sahədə Mərkəzi Bankın qaydalarına əməl edir;
– Mərkəzi Bankın və Bankdaxili qayda və təlimatları bilmək, onlara riayət etmək.
NAMİZƏDƏ TƏLƏBLƏR:
– Aidiyyatı sahədə ən azı 1 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir)
– kollektivdə işləmək qabiliyyəti
– Vətəndaş qüsursuzluğuna malik olmalı
– Ciddi nəzarət etmək qabiliyyəti olmalı
– Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
– Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar” göstərməyiniz xahiş olunur.
Əlaqə vasitələri:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |