8 C
Baku
Friday, March 29, 2024

Baki filialları üzrə Xəzinədar – Rabitabank

0
Baki filialları üzrə Xəzinədar – Rabitabank
Bakı
21.09.2021

“Rabitabank” ASC Baki filiallar üzrə Xəzinədar vakansiyasını  elan edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

– Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
– Nağd pulun qəbulunu və sayılıb çeşidlənməsini təmin edir.
– Sayılmış pulların bandrollaşdırılmasını və bağlanmasını həyata keçirir.
– Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
– Müştərilərə ancaq baş xəzinədar və ya filial müdir tərəfindən tapşırılmış qiymətlilərin mədaxili, mıəxarici və valyuta mübadiləsi xidməti  göstərir;
– Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul vasitəsi ilə təmin edir;
– Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
– Dövriyyəyə yararsız nağd pula və digər qiymətlilərin dövriyyədən çıxarılmasına, dəyişdirilməsinə, bu sahədə Mərkəzi Bankın qaydalarına əməl edir;
– Mərkəzi Bankın və Bankdaxili qayda və təlimatları bilmək, onlara riayət etmək.

 

NAMİZƏDƏ TƏLƏBLƏR:

– Aidiyyatı sahədə ən azı 1 il iş təcrübəsi (bank və ya oxşar kredit təşkilatında iş təcrübəsinin olmasına üstünlük verilir)
– kollektivdə işləmək qabiliyyəti
– Vətəndaş qüsursuzluğuna malik olmalı
– Ciddi nəzarət etmək qabiliyyəti olmalı
– Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
– Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi