BAKI, GƏNCƏ, YEVLAX, GÖYÇAY üzrə Qrup rəhbəri
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil;
• Bank sektorunda azı 2 (iki) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Analitik mühakimə etmək qabiliyyəti;
• İdarəetmə və liderlik qabiliyyəti;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Əsas vəzifə və öhdəliklər:
• Filiallarda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət etmək;
• Filiallar üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
• Filiallar tərəfindən təqdim olunmuş hesabatları təhlil etmək və yekunlaşdırmaq;
• Hesabatların təhlili nəticələrini rəy və təkliflərlə birlikdə rəhbərliyə çatdırmaq, hesabatlardan irəli gələn müvafiq tədbirlərin yerinə yetirilməsini təmin etmək;
• Filialların müstəqil sənəd işləmə limitindən artıq olan kreditlər üçün yerdə baxış və təhlil prosesini həyata keçirmək;
• Öz səlahiyyətləri daxilində kreditvermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək;
• Filiallarda kreditvermə prosesində iştirak edən işçilərə zəruri təlimlər keçmək;
CV-ləri Bakı, Gəncə, Yevlax, Göyçay üzrə qrup rəhbəri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |