10 C
Baku
Friday, December 13, 2024

Keyfiyyətə Nəzarət İnspektoru – Azersun Holding

0
Keyfiyyətə Nəzarət İnspektoru – Azersun Holding
29.10.2019

Keyfiyyətə Nəzarət İnspektoru

Əsas tələblər:

– Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsil:
• mexanika mühəndisliyi
• kimya mühəndisliyi
• qida mühəndisliyi
• maşın mühəndisliyi
• sənaye mühəndisliyi
• proseslerin avtomatlaşdırılması mühəndisliyi
• enerji maşınqayırma mühəndisliyi
• texnoloji maşın və avadanlıqlar mühəndisliyi
– Ölkədaxili səyahətlər və növbəli iş rejimində işləyə bilməli;
– MS Office proqramlarında sərbəst işləmək bacarığı;
– İngilis və rus dilini bilənlərə üstünlük verilir;
– Əməyin mühafizəsi , qida təhlükəsizliyi, sanitar gigiyena, araşdırma və analiz etmə bacarığı olmalı.

Vəzifə və öhdəliklər:

– Keyfiyyət standartlarına uyğun nümunələrin alınması;
– İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması;
– Keyfiyyətlə bağlı problem aşkar olunduqda əlaqəli şəxslərlə birlikdə problemin həll edilməsi;
– Laboratoriyada işlənilən məhlul və qarışıqların hazırlanması;
– İstehsalat hesabatlarının hazırlanması.

Əlavə məlumat:

– Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər;
– Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “İnspektor” göstərməyiniz xahiş olunur;
– CV-lər 30.11.2019-cu il tarixədək qəbul olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər