Bank BTB-də iş var.
Bank “BTB” ASC-nin kadr siyasəti yüksək səviyyəli mütəxəssislərin bir arada işləməsini təmin etməkdir.
Belə ki, hal-hazırda bankda 330-dan artıq əməkdaş çalışır. Keçən illə müqayisədə işçi heyətinin sayı 9%-dək artmışdır. Hazırda bankda 9 aktual vakansiya var. Bunlardan 6 vakansiya üzrə müxtəlif dərəcəli mütəxəssislər və 3 vakansiya üzrə isə rəhbər tələb olunur. Bank BTB-də karyerasını qumaq arzusunda olanlar, aşağıda ki vakansiyalar üzrə 30 aprelədək müraciət edə bilərlər:
- İT departamentinin Texniki dəstək şöbəsinin mütəxəssisi
- Proqramlaşdırma şöbəsinin Baş Mütəxəssisi
- Kiçik və orta biznes kreditləri üzrə Baş mütəxəssis
- Kredit portfelinə nəzarət bölməsinin Aparıcı mütəxəssisi
- Katibə-referent
- Müştəri xidmətləri şöbəsinin aparıcı mütəxəssisi
- Müştəri xidmətləri şöbəsinin rəhbəri
- Kredit şöbəsinin rəhbəri
- Marketinq departamentinin Direktoru
Vakansiyalar haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |