23 C
Baku
Tuesday, April 23, 2024

Bankın Xəzinədarlıq İdarəsinin Analitik şöbəsinin iqtisadçı – analitiki – Xalq Bank

0
Bankın Xəzinədarlıq İdarəsinin Analitik şöbəsinin iqtisadçı – analitiki – Xalq Bank
Bakı
16.10.2020

Vəzifə: Bankın Xəzinədarlıq İdarəsinin Analitik şöbəsinin iqtisadçı – analitiki

İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İqtisadiyyat, maliyyə və ya idarəetmə üzrə ali magistr təhsili;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
• Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
• Kompyuter bilikləri;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İŞİN TƏSVİRİ:

• Baş Xəzinə və filial xəzinələri üzrə nağd vəsait və digər qiymətlilərin hərəkətini və monitorinqini aparmaq;
• Gündəlik olaraq bankomat qalıqlarına nəzarət etmək və inkassasiya prosesini təşkil etmək;
• Müxbir hesab qalıqlarının monitorinqini aparmaq;
• Bankın yüksək likvidli və cari öhdəliklərinə nəzarət etmək;
• Bankın cəlb edilmiş və yerləşdirilmiş vəsaitlər üzrə gəlirlilik faizlərinin hesablayıb təhlil etmək;
• Şöbə tərəfindən gündəlik daxili və xarici hesabatların hazırlanmasını təmin etmək;
• Şöbəyə məxsus konkret müəyyənləşdirilmiş sənədlərin Bank arxivinə təhvil verilməsini təmin etmək;
• Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi