22 C
Baku
Monday, May 20, 2024

Baş Anderrayter – PAŞA Sığorta

0
Baş Anderrayter – PAŞA Sığorta
Bakı
26.11.2020

PAŞA Sığorta” ASC Anderraytinq və Təkrarsığorta Departamentində “Baş Anderrayter” vakansiyası elan edir.

Vəzifə və Öhdəliklər:

• Müvafiq sığorta növləri üzrə sığorta şərtlərinin təşkili və təkmilləşdirilməsi üzrə şöbə həmkarlarına yardımların göstərilməsi;
• Birbaşa müdirin rəhbərliyi altında sənədləşmə bazasının yaradılması və tariflərin hesablanması;
• Qeyri-standart risklərin sığortalanması zamanı Anderraytinq üzrə müdirin göstərişinə əsasən obyekt(lər)in qiymətləndirilməsində və sorğunun aparılmasında iştirak etmək, sığorta hadisəsinin baş verməsi ehtimalına təsir göstərə biləcək faktorları aşkar etmək və bu iş üzrə müvafiq hesabatların aparılması;
• Müvafiq sığorta növləri üzrə sənədləşmə bazasının tərtib edilməsi və daimi əsaslarla onun təkmilləşdirilməsi;
• Bütün Anderraytinq sənədləri üzrə bazanın tərtib edilməsi və ona nəzarət edilməsi;
• Sığorta şəhadətnamələri nüsxələrinin müştərilər tərəfindən qaytarılmasına nəzarət edilməsi;
• Müvafiq kotirovkalar hazırlamaq, təsdiqlənməsi üçün müvafiq kurator və ya müştəriyə göndərmək;
• Sənəd dövriyyəsi prosesində iştirak etmək: öncədən təyin edilmiş tariflərin, azadolmaların və sığorta şərtlərinin düzgünlüyünü, o cümlədən sığorta obyektinin lazımi səviyyədə dəyələrləndirilməsini yoxlayaraq (ehtiyac olduqda müvafiq düzəlişlər edərək) və təsdiqləmə üçün anderraytinq üzrə mütəxəssislərə və şirkət rəhbərliyinə təqdim etməklə, gündəlik əsaslarla sığorta şəhadətnamələrin buraxılması;
• Strateji müştərilər tərəfindən sığorta haqlarının ödənilməsinə nəzarət edilməsi və nəticələr barədə Departament rəhbərliyinə məruzə edilməsi;
• Lazım olduğu halda sığortalanacaq obyektlərə baxış keçirilməsinin təmin edilməsi;
• Birbaşa rəhbərin göstərişinə əsasən digər vəzifələri həyata keçirilməsi.

BİLİKLƏR

• Ali təhsil (hüquq və ya iqtisadiyyat istiqamətləri üzrə ali təhsili olanlara üstünlük verilir);
• Kompyuter bilikləri: Microsoft Office təminat proqramları paketi üzrə yüksək səviyyədə biliklərin olması;
• Dil bilikləri: Azərbaycan və ingilis dillərinin sərbəst istifadə etməsi bacarığı, rus dilinin işlək səviyyədə olması.

TƏCRÜBƏ

• Sığorta biznesində 4 ilə qədər təcrübəsinin olması.

BACARIQLAR

Riyazi və məntiqi düşüncəyə malik olması.

Son müraciət tarixi: 15 Dekabr 2020

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha insurance.az ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta