21 C
Baku
Friday, April 26, 2024

Baş audit – Caspident Dental Trade company

0
Baş audit – Caspident Dental Trade company
Bakı
08.09.2020

Baş audit

İşin Təsviri:

• Fəaliyyət göstərilən ərazidə ticarət nöqtələri ilə debitor borcların yoxlanışının həyata keçirilməsi, uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi, inventarların mövcudluğunun və təyinatına uyğun istifadəsinin yoxlanılması və raporlanması.

Vəzifə öhdəlikləri:

• Audit komandasına rəhbərlik etmək və lazımlı tapşırıqların verilməsi.
• Satış nöqtələrinə yerində baxış keçirilməsi və əməkdaşlarımızın fəaliyyətlərinin qiymətləndirilməsi;
• Anbarlarda mövcud olan məhsulların sayımının həyata keçirilməsi;
• Audit işinin nəticəsi haqqında müvafiq hesabatların hazırlaması;
• Təftiş kommisiyalarının tapşırıqları əsasında xüsusi audit yoxlamalarında iştirak edilməsi;
• Ticarət nöqtələrində rəqib şirkətlərin satış fəaliyyətinin və strategiyasının dəyərləndirilməsi;
• Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsi;
• Hərəkətsiz debitor borclarının təyin edilməsi.
• Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və nəzarətini təmin etmək;
• İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;
• Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirməni təmin etmək;
• İnventarizasiya prosesinin icrası zamanı aşkarlanmış hətta müştərilər ilə yaranmış hər hansı problemlərin araşdırılıb aktlaşdırılmasını təmin etmək ;
• Aylıq və illik hesabatları rəhbərliyə təqdim etmək;
• İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra edilməsini təmin etmək .

Tələblər:

• Analitik düşünmə qabiliyyəti;
• Mübahisələrin həll edilməsi;
• Effektiv kommunikasiya;
• Nəzarət və əlaqələndirmə
• Dəqiq və məsuliyətli olmaq;
• Problemləri həll etmə bacarığı;
• Yüksək analitik təhlil qabiliyyəti;
• Microsoft Office proqramları biliyi;
• Komandada işləmək bacarığı;
• İngilis və rus dillərini bilmək arzuolunandır;
• Şəxsi avtomobilin olması zəruridir

Əmək haqqı: Müsahibə əsasında təyin olunur və Əmək bazarında rəqabətə davamlıdır.

Əmək haqqı: 900-1500 AZN

Təhsil: Natamam ali

Yaş: 25-40

Cinsi: Kişi

Müraciət qaydaları [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Baş audit” yazmaqla CV göndərərək müraciət edilir.

İşin aid olduğu sahə

KateqoriyaAuditor, Digər şirkətlər