23 C
Baku
Sunday, September 29, 2024

Baş auditor – Azərsığorta

0
Baş auditor – Azərsığorta
Bakı
14.12.2022

Vakansiyanın təsviri

  • Təsdiq olunmuş İllik Audit Planına və müvafiq orqanın tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
  • Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
  • Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
  • Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Xüsusi tələblər

  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Minimum 3 il (iqtisadi və ya hüquqi təhsil olmadıqda 4 il) maliyyə sahəsində audit, maliyyə, risklərin idarəedilməsi və ya nəzarət sahəsində iş təcrübəsi;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Maliyyə sahəsində sahəsini tənzimləyən qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik və hesabat tərtib etmə bacarığı;
  • Ünsiyyət qurma, idarəetmə və liderlik bacarığı;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan dilinin yüksək səviyyədə, ingilis və rus dillərini bilməsi arzuolunandır;
  • Audit sahəsi üzrə peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;

İşin aid olduğu sahə

KateqoriyaAuditor, Sığorta