9 C
Baku
Friday, November 15, 2024

Baş Auditor/Qrup rəhbəri – PASHA Holding

0
Baş Auditor/Qrup rəhbəri – PASHA Holding
Bakı
30.11.2022

PAŞA Holdinq strateji aktivi olan PAŞA Bank – Baş Auditor/Qrup rəhbəri vakansiyasına təcrübəli namizədləri işə dəvət edir

İşin təsviri:

  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
  • Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
  • Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
  • Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali iqtisadi və ya hüquqi təhsil;
  • Minimum 3 il (iqtisadi və ya hüquqi təhsil olmadıqda 4 il) bank sahəsində audit, maliyyə, risklərin idarəedilməsi və ya nəzarət funksiyasında iş təcrübəsi;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Bankçılıq sahəsini tənzimləyən qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik və hesabat yazma bacarığı;
  • Ünsiyyət qurma, idarəetmə və liderlik bacarığı;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilməli;
  • CIA/FRM/CFA/CRMA/CFSA/ACCA/CPA/CIMA üzrə peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “Baş Auditor/Qrup rəhbəri” qeyd olunmalıdır;
  • CV-lər 30 dekabr, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Email: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor