PAŞA Holdinq strateji aktivi olan PAŞA Bank – Baş Auditor/Qrup rəhbəri vakansiyasına təcrübəli namizədləri işə dəvət edir
İşin təsviri:
- Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
- Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
- Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
- Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
- Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
- Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
- Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
- Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
- Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
- Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
- Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
- Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Ali iqtisadi və ya hüquqi təhsil;
- Minimum 3 il (iqtisadi və ya hüquqi təhsil olmadıqda 4 il) bank sahəsində audit, maliyyə, risklərin idarəedilməsi və ya nəzarət funksiyasında iş təcrübəsi;
- Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
- Bankçılıq sahəsini tənzimləyən qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
- Analitik və hesabat yazma bacarığı;
- Ünsiyyət qurma, idarəetmə və liderlik bacarığı;
- Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;
- Ezamiyyələrdə iştirak etmək imkanı;
- Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə bilməli;
- CIA/FRM/CFA/CRMA/CFSA/ACCA/CPA/CIMA üzrə peşəkar sertifikatlara malik olması və ya mərhələ keçməsi arzuolunandır;
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:
- CV-lər e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Baş Auditor/Qrup rəhbəri” qeyd olunmalıdır;
- CV-lər 30 dekabr, 2022-ci il tarixinə qədər göndərilməlidir.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.
Email: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |