2 C
Baku
Monday, March 4, 2024

Baş Daxili Auditor – Baku Steel Company CJSC

0
Baş Daxili Auditor – Baku Steel Company CJSC
Bakı
16.05.2023

Vəzifə öhdəlikləri: 

  • Proses və strukturlar üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət mexanizimlərinin effektivliyini təhlil etmək;
  • Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
  • Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək;
  • Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
  • Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
  • Məsafədən və yerində auditlər aparmaq, məlumat/məlumat bazalarının təhlilini həyata keçirmək;
  • Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
  • Audit tövsiyələrinin icra səviyyəsini yoxlamaq;
  • Daxili audit fəaliyyətinin təşkili və təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;

Tələb olunan bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Sahə üzrə ali təhsil və/və ya sertifikatlara malik olmaq;
  • Dil bilikləri: səlis yazılı və şifahi Azərbaycan dili (Rus və İngilis dili arzuolunandır);
  • Yüksək analitik düşüncə və problemləri həlletmə bacarıqları;
  • Məsələlələrə mikro və makro baxış;
  • Yüksək ünsiyyət bacarıqları.

Maraqlanan şəxslər mövzu yerində “Baş Daxili Auditor” qeyd etməklə elektron poçt ünvanına CV göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor