Bakı
22.05.2024
İş yeri: Bakı şəhəri
İşin təsviri:
- Müqavilələrin hazırlanması;
- Hüquqi sənədlərin tərtib edilməsi;
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin onun qanunvericiliyin və cəmiyyətin maraqlarına uyğunluğunu yoxlamaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilinə yardım və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.
- Cəmiyyətin fəaliyyətində ortaya çıxmış mübahisəli hüquqi məsələlərə dair rəylərin, dövlət orqanlarına, publik hüquqi şəxslərə, hüquq mühafizə orqanlarına sorğu, ərizə və məktubların hazırlanmasında iştirak etmək.
Tələblər:
- Yaş: 30- 45 yaş
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcək);
- Korporativ Hüquq Tikinti sahəsində 3 ildən az almayaraq iş təcrübəsi;
- Namizəd AR-nın mülki qanunvericiliyini, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməlidir;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Dürüst və vicdanlı olmalı, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
- Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Baş hüquqşünas” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanı[email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |