14 C
Baku
Tuesday, May 14, 2024

Baş hüquqşünas – Azərbaycan Kredit Bürosu

0
Baş hüquqşünas – Azərbaycan Kredit Bürosu
15.11.2019

Azərbaycan Kredit Bürosu” MMC (AKB) AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.

AKB hazırda 126 təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-yə Baş hüquqşünas axtarılır.

Vakansiya haqqında:

Vəzifə: Baş hüquqşünas

İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: 1800 AZN
Müraciət üçün son tarix: 30.11.2019

Vəzifə öhdəlikləri:

 Müqavilələrə, əməyin rəsmiləşdirilməsi sənədlərinə və digər daxili sənədləşmə işlərinə hüquqi rəy vermək;

İdarəetmə orqanlarının iclaslarında iştirak etmək, iclasların gündəliklərini, iclas protokollarını və digər zəruri sənədləri hazırlamaq;

İdarəetmə orqanlarına və nəzarət orqanına təqdim edilməsi üçün dövri hesabatların hazırlanması;

Hüquqi sənədləşmənin sistemləşdirilməsi və uçotunun aparılması;

 Hüquqi məsələlərlə bağlı dövlət qurumlarında, məhkəmələrdə, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Şirkəti təmsil etmək, şirkət adından sənədlərin hazırlanması, təqdim edilməsini həyata keçirmək;

Şirkətin struktur bölmələrinə hüquqi yardım etmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;

Daxili əsasnamə, təlimat, qayda və digər sənədlərin layihələrini hazırlamaq, mövcud qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək və onları aidiyyatı struktur bölmələrlə razılaşdırmaq;

Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək.

Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Namizədə qoyulan tələblər:

Ali Hüquqi təhsil (xaricdə təhsil olması üstünlükdür)
Korporativ hüquq üzrə ən azı 3 il iş təcrübəsi (bank sektorunda iş təcrübəsinin olması üstünlükdür)
Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis dili – yüksək, Rus dili – üstünlükdür.

Bacarıq və biliklər:

Azərbaycan Respublikasının normativ-hüquqi aktlarını, mülki və korporativ hüququnun əsaslarını dərindən bilmək

 Əmək qanunvericiliyini dərindən bilmək

Müqavilələrin bağlanmasını tənzimləyən normativ hüquqi aktları bilmək
Məsuliyyətli, disiplinli olmaq

Analitik düşünmə qabiliyyətinə malik olmaq

Təşəbbüskarlıq, operativlik, prioritetləri düzgün müəyyənləşdirmək

İşə planlı yanaşma bacarığı, fikrini düzgün və səlist izah etmək

Səlis və düzgün yazı qabiliyyəti

 Təhlil etmə qabiliyyəti.

CV-ni “Baş hüquqşünas” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaHüquq