9 C
Baku
Thursday, December 12, 2024

Baş hüquqşünas – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

0
Baş hüquqşünas – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Bakı
02.02.2024

AYNA-nın Hüquq departamentinin Normativ hüquqi təminat şöbəsinə baş hüquqşünas vəzifəsinə vakansiya elan edilib.

Vəzifə öhdəliklər:

– Agentliyin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq;

– Nəqliyyat sahəsində normativ-hüquqi bazanın təkmilləşməsinə dair təkliflərin hazırlanmasında iştirak etmək;

– Avtomobil nəqliyyatı sahəsində yerli qanunvericiliyin beynəlxalq norma və standartların tələblərinə uyğunluğunun təmin edilməsində iştirak etmək;

– Agentliyin fəaliyyəti ilə bağlı müxtəlif təyinatlı və xarakterli müqavilələrin hazırlanmasını və belə müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;

– Agentliyin struktur bölmələri tərəfindən hazırlanmış hüquqi sənədlərin qanunvericiliyə uyğunluğuna dair hüquqi rəyləri tərtib edərək Departamentin direktoruna təqdim etmək;

– Agentliyin tərəf olduğu müqavilələri təhlil edib, qüvvədə olan qanunvericiliyə uyğun yoxlayıb və hüquqi rəy tərtib edərək Departamentin direktoruna təqdim etmək;

– Qüvvədə olan hüquqi aktların yeni qəbul olunmuş qanunvericilik aktlarına uyğunlaşdırılması barədə təkliflər hazırlamaq və s.

Namizədə dair tələblər:
– Hüquq təhsili;

– Hüquq sahəsində ümumilikdə 4 il; Normativ hüquqi təminat sahəsində 2 il iş təcrübəsi;

– Dil bilikləri: Azərbaycan, ingilis, rus (arzuolunandır)

– Kompüter bilikləri: Ofis proqramları

Son müraciət tarixi: 01.03.2024

CV forması “[email protected]” ünvanına mövzu hissəsində “Baş hüquqşünas” qeyd edilməklə göndərilməlidir

İşin aid olduğu sahə

KateqoriyaHüquq