23 C
Baku
Friday, May 10, 2024

Sığorta işinin təşkili şöbəsinə baş məsləhətçi – TƏBİB

0
Sığorta işinin təşkili şöbəsinə baş məsləhətçi – TƏBİB
Bakı
02.02.2024

Vakansiyanın təsviri

  • Tibb müəssisələrində sığortaolunanlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən xidmətlər üzrə tibbi iddiaların formalaşması, iddiaların tam, dolğun və zamanında mövcud elektron vahid informasiya sisteminə (e-tabib sisteminə) daxil edilməsi üzrə standartlaşdırılmış vahid təlimatın hazırlanmasının təmin edilməsi;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan TƏBİB tərəfindən verilən əmr, sərəncamların tibb müəssisələrində icrasına nəzarətin təmin edilməsi;
  • Tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxsləri ilə mütəmadi görüşlərin keçirilməsi və ehtiyac olduğu təqdirdə, onlara fəaliyyət istiqamətinə uyğun təlimlərin keçirilməsi və ya aidiyyəti üzrə təlimlərin təşkil edilməsi üçün müraciətin edilməsi;
  • İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi-iqtisadi ekspertizanın aparılması qaydaları barəsində, tibbi-iqtisadi ekspertizanın aparılması zamanı tələb olunan ilkin tibbi sənədlərə dair tələblər barəsində tibb müəssisələrinin sığortanın təşkili üzrə məsul şəxslərin məlumatlandırılması;
  • Tibb müəssisəsinin sığortanın təşkili üzrə məsul şəxsindən tibbi-iqtisadi ekspertizanın aparılması üçün təqdim ediləcək aylıq hesabatın hazırlanmasının tələb edilməsi;
  • Tibb müəssisələri tərəfindən sığortaolunanlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə, e-tabib sistemində tətbiq ediləcək texniki tapşırıqların hazırlanmasının təmin edilməsi, həmin sistemdə proseslərin optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • İcbari tibbi sığortanın Xidmətlər Zərfi üzrə sığortaolunanlara göstəriləcək tibbi xidmətlərin siyahısının təkmilləşdirilməsi məqsədilə təkliflərin verilməsi;
  • Şöbənin fəaliyyət istiqamətinə uyğun olan sorğuların araşdırılması və cavablandırılmasının təmin edilməsi;
  • Fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, bilik və bacarıqların yaxşılaşdırılması məqsədilə xarici ölkələrin müvafiq strukturları ilə təcrübə mübadiləsinin aparılması və müvafiq təcrübənin tətbiqi ilə bağlı təkliflərin verilməsi;
  • Şöbənin fəaliyyəti ilə bağlı hesabatların (aylıq, rüblük, illik) nəzərdə tutulmuş qaydada dövrlər üzrə hazırlanması

Xüsusi tələblər

  • Ali tibbi təhsil;
  • Sahə üzrə minimum 4 il iş təcrübəsi;
  • Kompüter bilikləri: Microsoft Office – yaxşı.
  • “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı;
  • “İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı;
  • “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Müşahidə Şurasının qəbul etdiyi əmrlər, qərarlar, protokollar və onlardan irəli gələn digər normativ hüquqi aktlar;
  • Komandada işləmə bacarığı;
  • Məsuliyyətlilik;
  • İntizamlılıq;
  • Gərgin iş rejimində çalışma bacarığı.
  • Əlavə məlumatlar: İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta