9 C
Baku
Thursday, December 12, 2024

Baş Hüquqşünas – MKT İstehsalat Kommersiya MMC

0
Baş Hüquqşünas – MKT İstehsalat Kommersiya MMC
Bakı
04.05.2023

Təsvir:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının həyata keçirilməsi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi, o cümlədən cəmiyyətdaxili əmr, təlimat, qayda, prosedur və proseslərin tərtib edilməsində iştirak etmək, onlara dair rəy vermək və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Müqavilələrin reyestrinin aparılması;
  • Struktur bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin qanunvericilik çərçivəsində həlli;
  • Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların izlənməsi və dəyişikliklər barədə məlumatlı olmaq; qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırılması
  • Şirkətin fəaliyyətinə hüquqi dəstək vermək, hüquqi təhlil işini icra etmək;
  • Dövlət orqanlarında Cəmiyyəti təmsil etmək, onların sorğularını cavablandırmaq və müvafiq sənədləri hazırlamaq;
  • Cəmiyyətin müxtəlif məhkəmə instansiyalarında nümayəndə qismində təmsil edilməsi;
  • İcrası planlaşdırılan kommersiya layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;
  • Nəzarət orqanlarının qərarlarının icrasına nəzarət etmək;
  • Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
  • Cəmiyyətin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
  • İnzibati xəta üzrə və ya cinayət işləri üzrə Cəmiyyəti təmsil etmək; qanun pozuntusuna dair məlumatların toplanması və müvafiq orqanlara təqdim edilməsi üçün hazırlanması
  • Rəhbərlik tərəfindən həvalə edilən digər hüquq xarakterli tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (hüquq sahəsi üzrə), magistratura pilləsi təqdir olunandır;
  • Dil bilikləri: Azərbaycan, rüs – mükəmməl səviyyədə; ingilis dili yaxşı səviyyədə;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint,Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Hüquqşünas vəzifəsində minimum 5 il iş təcrübəsi, kommersiya təşkilatlarında təcrübəli olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar Məcəlləsini, digər normativ hüquqi aktlar üzrə bilik
  • İşgüzar yazışma əsaslarını bilmək, qrammatik yazı qabiliyyəti yüksək olan namizədlər üstünlük verilir;
  • Sahəsinə aid olan sənədləri tərtib etmə bacarığı.
  • Komandada işləmə bacarığı olan;
  • Aktiv, məsuliyyətli, işində dəqiq olan namizədlər.

Vakansiyaya müraciət üçün https://hr.mktcotton.com/az/job/bash-huquqshunas/apply bu linkə müraciət edə və ya [email protected] email adresindən istifadə edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaHüquq