Bakı
12.07.2023
Vakansiyanın təsviri
- İdarənin fəaliyyəti üçün alınacaq kompüter, server və şəbəkə avadanlıqlarının, onların proqram təminatının parametrlərini və texniki tələbləri müəyyən edir;
- Avadanlıqların, müvafiq lisenziyaların, sertifikatların, informasiya sistemlərinin alınması və ya mövcud sistemlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
- İdarənin ehtiyaclarına uyğun olaraq yeni proqram təminatının hazırlanması üzrə layihələrin planlaşdırılması, koordinasiyası, tətbiq edilməsi sahəsində işlər görür;
- Yeni proqram təminatlarının və verilənlər bazalarının İdarənin infrastrukturuna tətbiqini, habelə tətbiq olunmuş proqram təminatlarının və verilənlər bazalarının işlək vəziyyətdə olmasını təmin edir;
- Proqram təminatının və verilənlər bazalarının işini təhlil edir və bu barədə hesabatlar hazırlayır;
- İdarənin rəsmi internet səhifəsinin daimi işlək vəziyyətdə olmasına nəzarət edir;
- İdarənin tabeliyində olan proqram təminatının və informasiya sistemlərinin qeydiyyatını, texniki göstəricilərin müvafiq sistemlərə qeyd edilməsini, inteqrasiyasını və bu istiqamətdə digər tədbirləri həyata keçirir;
- Mövcud proqramlara texniki dəstək göstərir və müvafiq tənzimləmə işlərində iştirak edir;
- İnformasiya sistemlərinin istismarı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər və təhlillər aparır, həmin məsələlərin həlli üzrə təkliflər hazırlayır, aşkar edilən problemləri aradan qaldırır;
- Səlahiyyətlərinə uyğun olaraq İT sistemlərində, o cümlədən proqram təminatı, verilənlər bazalarının işində problemləri aşkar edir, həmin problemlərin operativ və keyfiyyətlə aradan qaldırılmasını, habelə test və profilaktik işlərin həyata keçirir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
- Azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan şəxslər;
- “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
- Dövlət orqanlarında (qurumlarında) siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 yanvar tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər;
- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısında olan şəxslər;
- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Xüsusi tələblər
- Təhsilə dair tələblər: kompüter elmləri, riyaziyyat, proseslərin avtomatlaşdırılması mühəndisliyi, kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi ixtisasları üzrə ali təhsil
- İş stajına dair tələblər: vəzifənin fəaliyyət sahəsi üzrə 3 il iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə(yüksək səviyyədə)proqramlaşdırma dilləri (php, html, css, c#, javascript), verilənlər bazası və onların idarəetmə sistemləri
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |