Bakı
10.06.2024
İş barədə məlumat:
- Mühasibat uçotunu Uçot siyasəti və Vergi Qanunvericiliyinə əsasən aparmaq
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
- Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulması və hərəkəti
- 1C 8.2 sistemində operativ uçotun aparılması
- Müvafiq dövlət orqanları ilə danışıqlar aparmaq;
- Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
- Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
Namizədə tələblər:
- PMS sertifikatına malik olmalı
- Dövlət orqanlarının portallarında işləmək bacarığı,
- Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (Vergi, DSMF, Statistika və s)
- İşcilərin əmək müqavilələrinin rəsmiləşdirilməsini, kadr işlərini bilməli
- Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
- İş təcrübəsi: Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş stajı;
- Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti,
- Kompüter bacarıqları: MS Office proqramlarını (yüksək səiyyədə EXCEL bilikləri) və 1C 8.2 proqramını yüksək səviyyədə bilməli;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər
- Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti
İş qrafiki: Həftə içi 5 gün, 09:00-dan 18:00-dək (Şənbə və Bazar istirahət günü)
İş yeri Bakı şəhəri Nərimanov metrosu
Müraciət etmə qaydaları:
CV Mövzu sətrində “Baş Mühasib” qeyd olunmaqla e-mail ünvanına göndərilməlidir;
Diqqət: Yalnız qeyd olunmuş şərtlərə cavab verən namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |