“Business Service Center” MMC – Baş mühasib
Namizədə olan tələblər :
– Müvafiq sahədə minimal 3 il iş təcrübəsi;
– AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli;
– İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə ali təhsil;
– MS Office, 1C 8.2, 8.3 ;
– Şəxsi keyfiyyətlər : stresədavamlı, liderlik xüsüsiyyətləri olan, təşəbbüskar, analitik düşüncə tərzi, pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
– Azərbaycan dili (Rus və İngilis dili bilmək arzuolunandır);
İcra edəcəyi əmək funksiyaları:
– Elektron qaimə-fakturaların portala daxil edilməsi
– Ödəniş tapşırıqları və ya internet banking vasitəsilə ödənişlərin həyata keçirilməsi
– İdxal olunmuş malların maya dəyərinin hesablanması
– Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması
– Gəlir və xərc sənədlərinə nəzarət edilməsi
– Vergi, DSMF (vahid müzdlu bəyannamələr), statistika və digər dövlət qurumlarına hesabatların təqdim edilməsi
İş vaxtı: I-V günlər 09:00 – 18:00, VI- 09:00-13:00
Əmək haqqı 1200-1500 AZN
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Baş mühasib” qeyd etməklə göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |