Bir aydır kollektiv idarəetmədən təkbaşına icra orqanına keçid edən BOKT “Azəri Star Mikromaliyyə” MMC-nin direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, təsisçilərin Ümumi Yığıncağının qərarı ilə Kənan Hacı oğlu Salayev BOKT-nin direktoru təyin edilib.
O bu vəzifədə Elnur Allahverdiyev Elman oğlunu əvəz edib.
Digər bir dəyişiklik isə Zülfüqarov Orxan baş mühasib təyin edilib. Buna qədər Nağıyev Rauf idi.
Xatırladaq ki, Bank Olmayan Kredit Təşkilatı “Azəri-Star Mikromaliyyə” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 405 000 manatdır.






