Bakı
21.11.2023
Vəzifə öhdəlikləri:
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
- Debitor və kreditorlarla qarşılıqlı üzləşmələrin aparılması;
- Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edilməsi;
- Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edilməsi.
Vəzifə üzrə tələb olunan bilik və bacarıqlar:
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minumum 3 il təcrübə;
- Analitik düşünmə bacarığı;
- Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
- MS Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilməli;
- 1 C proqramından yüksək səviyyədə istifadə edə bilməli;
- Problem həlletmə bacarığı.
İş şəraiti:
- Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti
- Şirkətin faktiki fəaliyyət ünvanına ezamiyyələr nəzərdə tutulacaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” vakansiya adını qeyd etməklə elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 20.12.2023-cü il [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |