Bakı
21.11.2023
Namizədə aid tələblər:
- Ali təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
- Təhsil dərəcəsi: Bakalavr (magistr dərəcəsi olması arzu olunandır);
- Sahə üzrə iş təcrübəsi: Sığorta şirkətində mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması;
- Peşəkar mühasibat sertifikatının (PMS) olması;
- Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli və 1C proqramını yüksək səviyyədə bilməli;
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli;
- IFRS 17, IFRS 9 bilikləri;
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA / ən azı F3, F7 və ya DipIFR);
- Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (arzu olunan);
- Digər: Analitik təhlil etmə və komandada işləmək bacarığı.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
- Şirkətin mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirmək;
- Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması, xəstəlik vərəqələrin hazırlanması, hesablanması və hesablaşmalara birbaşa nəzarət etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun və üzləşmələrin aparılması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- On-line kargüzarlıq üzərindən aparılan yazışmalara nəzarət və daxil olan bütün sorğuların zamanında və qanunvericiliyə uyğun cavablandırılmasının təmin olunması;
- Mühasibtalıq heyətinin işinin koordinasiyası və tənzimlənməsi;
- Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək;
İş şərtləri:
- Əmək müqaviləsi bağlanılır.
- Könüllü tibbi sığorta.
- İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
- Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
- Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Baş mühasibin müavini) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |