Vəzifə öhdəlikləri:
- Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
- Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
- Şirkətində istifadə olunan 1C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
- İş və xidmətlərin maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
- Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
- Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim edilməsini icra etmək.
- Bank əməliyyatlarının həyata keçirmək;
- Balans, avans hesabatının aparılmasını təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin etmək;
- Mühasibatlıq sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi məqsədilə təchizatçılarla/müştərilərlə rəsmi yazışmalar aparmaq;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
- Səlahiyyəti çərçivəsində işlə əlaqədar işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyini qorumaq və şöbə əməkdaşlarından tələb etmək;
- Direktor tərəfindən verilən digər tapşırıqları icra etmək;
Tələblər:
- Ali iqtisadi təhsil (maliyyə, mühasibat uçotu və audit);
- Müvafiq vəzifə üzrə böyük iş təcrübəsi (5 il +);
- Dil bilikləri: Azərbaycan dili mükəmməl səviyyədə, əcnəbi dil bilgisi üstünlükdür;
- MS Office, BTP, EVHF, B1, B3 hesabatları mükəmməl səviyyədə bilməli;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə mükəmməl biliklər;
- Peşəkar Mühasib Sertifikatının olması üstünlükdür;
- Beynəlxalq mühasibatlıq bilgilərinin (ACCA, F3 maliyyə uçotu sertifikatı) olması əlavə üstünlükdür;
- Məsuliyyət və punktuallıq;
- Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
- Komandada işləmək bacarığı.
İş şəraiti və təminat:
- İş yeri: Bakı şəhəri, H.Əliyev pr.189 (Baku City Residence);
- İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
- Nahar yeməyi;
- Korporativ nömrə;
- Əmək haqqı: müsahibə əsasında.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (şəkil əlavə olunmaqla) elektron poçtuna göndərə bilər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Qeyd: yalnız azərbaycan dilində göndərilən CV-lər dəyərləndiriləcək və elanda göstərilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |