10 C
Baku
Wednesday, December 11, 2024

Baş mühasib – Modern Construction Group

0
Baş mühasib – Modern Construction Group
Bakı
12.03.2024

Vəzifə öhdəlikləri:

  • Mühasibatda ilkin sənədlərin gedişatını aparmaq;
  • Vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması;
  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək;
  • E-qaimələrin və E-VHF-ların qəbul edilməsi, bank ödənişlərinin icra olunması;
  • Mənfəət və zərər haqqında hesabatın hazırlanması;
  • Kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması;
  • Balans hesabatının hazırlanması;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması;
  • Hesablama metodu ilə aylıq xərc hesabatının hazırlanması;Vergi hesabatlarının (ƏDV, ÖMV, Müzdlu, Əmlak, Mənfəət ) hazırlanması və təqdim edilməsi;
  • DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Əmək haqqı hesablama – ödəmə cədvəlinin hazırlanması;
  • Subpodratçılarla bağlanmış müqaviləyə əsasən ay ərzində xidmətlərin göstərilməsi  cədvəlinin hazırlanması;
  • Debetor və Kreditorlarla hesablaşma;
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi;
  • Gömrük bəyannamələri ilə işləmək;
  • Bank, Kassa,Gəlir, Xərc, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi

Namizədə tələblər:

  • Yaş: 30-50
  • Cinsi: Kişi
  • Təhsil: Ali (Mühasibat sahəsində olanlara üstünlük verilir)
  • İş təcrübəsi: ən azı 5 il Baş mühasib vəzifəsində
  • Dil bilikləri: Rus dili bilmək üstünlükdür
  • Kompüter bilikləri: MS Office/Excel (əla),  1C: 8.3
  • İşə məsuliyyətli yanaşmaq;
  • PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı olması üstünlükdür
  • Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 5 günü;
  • İş saatı: Həftə içi günlər 09:00-dan 18:00 kimi,
  • Əmək Haqqı – görüşmə zamanı bildiriləcək.

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “Baş mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) elektron ünvanına göndərə bilərlər. Mənzil Tikinti Kooperativi (MTK-da) iş təcrübəsi olanların CV-nə üstünlük veriləcək.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq. [email protected]