Bakı
12.03.2024
Vakansiyanın təsviri
- Vergilərin müvafiq qaydada hesablanmasının təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
- Vergilərin hesablanması, bütün vergi hesabatlarının yerli vergi qanunvericiliyinə əsasən hazırlanması və vergi orqanlarına vaxtında təqdim edilməsi;
- Gəlir vergisi, ƏDV və s. kimi Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, sorğuların vaxtında cavablandırılması;
- Gömrük bəyannamələrinin yoxlanması və izlənməsi;
- Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabat üçün vergi ödənişlərinin hazırlanması;
- Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
- Təxirə salınmış vergilərin hesablanması;
- Şirkətdə əmək haqqları ilə bağlı aylıq vergilərin sistemə daxil edilməsi;
- Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi;
Xüsusi tələblər
- Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil;
- Vergilərlə bağlı əlaqədar sahə üzrə 1-3 il iş təcrübəsi;
- Rus-dili və ingilis dilini əla səviyyədə bilmək;
- MS Office və MS Excel proqramları üzrə yüksək səviyyədə istifadə bacarığına malik olmaq;
- Həftə içi 5 gün, 10:00 – 19:00.
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
- Korporativ nömrə və mobil telefon.
- Könüllü tibbi sığorta.
- Göstərilən tələblərə cavab verən namizədlər öz ya CV formasını [email protected] elektron poçt ünvanına, mövzu hissəsinə “Vergi mütəxəssisi” yazaraq göndərə bilərlər
Müraciət etmək üçün: [email protected]