Bakı
15.05.2023
İş barədə məlumat:
- Müəssisənin təsəsrrüfat- maliyyə fəaliyyətinin mühasibat uçotunu təşkilini təmin edilməsi;
- Maliyyə sabitliyinin təmin edilməsi üçün, müəssisənin strukturunu və fəaliyyətinin xüsusiyyətlərini nəzərə alaraq mühasibat uçotu haqqında qanunvericiliyə uyğun uçot siyasətini formalaşdırılması;
- Daxili mühasibat hesabatında nümunəvi sənəd formaları nəzərdə tutulmayan halda, təsərrüfat əməliyyatlarının tərtibatında istifadə edilməsi üçün ilkin uçot sənədlərinin formalarının və hesabların işçi planının hazırlanması və qəbul edilməsinə rəhbərlik edilməsi;
- İnventarlaşdırmaların keçirmə qaydalarını təmin edilməsi;
- Təsərrüfat əməliyyatlarının keçirilməsinə, mühasibat informasioiyalarının işləmə texnologiyasına və sənəd dövriyyəsinin qaydalarına riayət edilməsinə nəzarət edilməsi;
- Müəssisədə və onun bölmələrində mühasibat uçotu və hesabatının səmərəli təşkilini təmin edilməsi;
- Müəssisənin fəaliyyəti, əmlakın vəziyyəti, gəlir və xərcləri barədə tam və doğru mühasibat informasiyanın formalaşmasını və vaxtında təqdim edilməsini təmin edilməsi;
- Sənədlərin qanuni, vaxtında və düzgün tərtib edilməsini təmin edilməsi;
- Əməliyyatların mühasibat uçotunun, onların hərəkəti ilə əlaqədar, hesablarda vaxtında öz əksini tapmasını təşkil edilməsi;
- Mühasibat işlərinə rəhbərlik edilməsi.
Tələblər:
- 25-45 yaş arası olması;
- 3 ildən artıq təcrübə;
- İqtisadi sahədə ali təhsil;
- İstehsalat sahəsində təcrübə;
- 1C (8.3), Ofis proqramlarını əla şəkildə bilməsi;
- Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı;
- Gülərüzlülük və xoş ünsiyyət bacarığı;
- Rəhbərliyin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrası;
- Diqqətli və məsuliyyətli olması.
İş rejimi:
- Həftə içi 5 gün 10:00-19:00
- Əmək haqqı NET 1500 AZN nəzərdə tutulub. İşə qəbul AR qanunvericiliyinə uyğun olaraq aparılır.
Komandamıza qoşulmaq istəyən və vakansiya tələblərinə uyğun olan şəxslərin CV formasını email adresinə göndərməsi xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |