12 C
Baku
Wednesday, December 11, 2024

Baş mühasib – Performance Center Co

0
Baş mühasib – Performance Center Co
27.02.2019

Performance Center Co” MMC (Chevrolet Azərbaycan)  “Baş mühasib”   vakansiyası.

Vəzifə öhdəlikləri:

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
– Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
– Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
– Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
– Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;

Əməkhaqqı: 1200-1500 AZN 
İş qrafiki: 6 günlük, 09:00-18:00.

Vəzifəyə dair tələblər:

– Ali iqtisadi təhsil;
– Baş mühasib kimi istehsalat, xidmət və satış sektorunda 5 il iş təcrübəsi;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli ; 
– 1C 8.3  proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;

Namizədlər, öz tərcümeyi-halını (CV)   [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər