Vakansiyanın təsviri
• İqtisadiyyat və uçot şöbəsinin iş planının hazırlanması üçün struktur
bölmə tərəfindən yerinə yetirilməli olan mövzuları müəyyən etmək;
• İqtisadiyyat və uçot şöbəsinin iş planını tərtib etmək;
• Rəhbərlik tərəfindən təsdiq edilmiş iş planının icrasına nəzarət
etmək;
• Mal-material qiymətlilərinin mədaxilinin uçotunun təşkili və icrasına
nəzarət etmək;
• Söküntüdən əldə edilən mal-material qiymətlilərinin balansa
mədaxilinin təşkili və icrasına nəzarət etmək;
• Mal-material qiymətlilərinin silinməsinin uçotunun və mal-material
qalığına nəzarətin təşkili və icrasına nəzarət etmək;
• Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin istismara verilməsi, daxili
yerdəyişməsi, əvəzsiz olaraq başqa quruma verilməsi və ləğvi ilə bağlı
sənədlərin hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
• Əmək haqqı və ona bərabər tutulan digər ödənişlərin
hesablanmasının təşkili və icrasına nəzarət etmək;
• İşçilərə və onların ailə üzvlərinə maddi yardımların və peşə əmək
qabiliyyətinin itirilməsinə görə ödənclərin hesablanmasının təşkili və
icrasına nəzarət etmək;
• Məzuniyyət haqqlarının və istifadə edilməmiş məzuniyyət günlərinə
görə kompensasiyaların hesablanmasının təşkili və icrasına nəzarət etmək;
• Xəstəlik vərəqələri və məcburi dövlət sosial sığortası üzrə digər
ödəmələrin əlaqəli sənədlərinin hazırlanması və DSMF orqanına təqdim
olunmasının təşkili və icrasına nəzarət etmək;
• Əmək haqqı və ona bərabər tutulan digər ödənişlər barədə
hesabatın hazırlanmasına və yuxarı quruma təqdim olunmasına nəzarət
etmək;
• Sosial sığorta ayırmaları barədə hesabatın hazırlanmasına və təqdim
olunmasına nəzarət etmək;
• Müraciətə əsasən əmək haqqı və digər ödənişlər barədə arayışların
hazırlanmasına və təqdim edilməsinə nəzarət etmək;
• Əmək haqqı və digər ödənişlər üçün bank hesablarının açılmasına
Vəzifə öhdəlikləri (funksiyalar)
və plastik bank kartlarının alınmasına nəzarət etmək;
• İşçilərə sosial sığorta kartlarının alınmasına nəzarət etmək;
• Ezamiyyə və digər təhtəl-hesab xərclərin hesablanmasının təşkili və
icrasına nəzarət etmək;
• Əmlak və öhdəliklərin tam inventarizasiyasının aparılmasında iştirak
etmək, nəticələrin mühasibat uçotu hesablarında düzgün əks etdirilməsinin
təmin olunmasına nəzarət etmək;
• Mühasibat uçotu əməliyyatlarının sistemdə (SAP ERP) düzgün əks
olunmasına nəzarət etmək;
• Malların (iş və xidmətlərin) satınalınması üzrə xərclərin uçotunun
aparılmasında iştirak etmək;
• Aidiyyəti xidmətlərdən malların (iş və xidmətlərin) qəbul edilməsi
barədə müvafiq təsdiqedici sənədləri (sayğacların sərfiyyat göstəricilərini
təsdiq edən aktların və s.) qəbul etmək;
• Malların (iş və xidmətlərin) satınalındığı təşkilatlardan hesabfakturaları qəbul etmək və müqavilələrlə uyğunluğunu yoxlamaq;
• Təsdiqedici sənədlərə və qəbul edilmiş hesab-fakturalara əsasən
satınalınmış mallar (iş və xidmətlər) üzrə ödənişlərin reyestrini tərtib etmək;
• Təsdiqedici sənədləri, hesab-fakturaları ödənişlərin reyestri ilə
birlikdə aidiyyəti üzrə yuxarı quruma göndərmək;
• Yuxarı qurumdan malların (iş və xidmətlərin) satınalınması üzrə
ödənişlərin təmin edilməsi barədə bildirişləri qəbul etmək;
• Malların (iş və xidmətlərin) təqdim edilməsinin uçotu üzrə
əməliyyatları yerinə yetirmək;
• Alıcı təşkilatların nümayəndələri tərəfindən təqdim edilən
vəkalətnamələri qəbul etmək;
• Təqdim edilmiş malların (iş və xidmətlərin) təsdiqedici sənədlərini
qəbul etmək;
• Müqavilə şərtlərinə uyğun müvafiq qaydada rəsmiləşdirilmiş
malların (iş və xidmətlərin) «satış sifarişinə» istinad olunmaqla sistemdə
(SAP MM/SD) “Göndərilən tədarük sənədi”ni yaratmaq;
• Təqdim edilmiş malların (iş və xidmətlərin) dəyəri və qəbul edən
qurumlar barədə məlumat formasını hazırlamaq və rəsmiləşdirilməsini
təmin etmək;
• Müvafiq qaydada rəsmiləşdirilmiş məlumat formasını yuxarı
qurumun aidiyyəti struktur bölməsinə təqdim etmək;
• Debitor təşkilatlarla qarşılıqlı borcları üzləşdirmək;
• Debitor borcları barədə mühasibat uçotu məlumatlarını (SAP Fİ)
təhlil etmək və ümumiləşdirmək;
• Debitor təşkilatlara təqdim edilməsi üçün hesabat dövrünün sonuna
qarşılıqlı borcların üzləşdirilməsi aktlarını tərtib etmək və imzalamaq;
• Rəhbərlik tərəfindən təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi
aktlarını debitor təşkilatlara təqdim etmək;
• Qarşılıqlı şəkildə təsdiq edilmiş üzləşdirmə aktlarının şöbədə
saxlanılmasını təmin etmək;
• Kreditor borcları barədə mühasibat uçotu məlumatlarını (SAP Fİ)
təhlil etmək və ümumiləşdirmək;
• Kreditorlar tərəfindən təqdim edilmiş qarşılıqlı borcların
üzləşdirilməsi aktlarında qeyd edilən məlumatları mühasibat uçotu
məlumatları (SAP Fİ) ilə üzləşdirərək yoxlamaq;
• Qarşılıqlı borcların üzləşdirilməsi aktlarının düzgün tərtib edilmədiyi
barədə kreditorlara məlumat vermək və yeni aktın tərtib olunmasını tələb
etmək;
• Rəhbərlik tərəfinfən təsdiq edilmiş qarşılıqlı borcların üzləşdirilməsi
aktlarını kreditor təşkilatlara təqdim etmək və aktın bir nüsxəsini şöbədə
saxlamaq;
• Təkilati strukturun hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
• Sahənin təşkilati strukturunun formalaşdırılması və ya ona
dəyişikliklərin edilməsi barədə müraciətlərin araşdırılmasını təmin etmək;
• Təşkilati strukturun formalaşdırılması və ya ona dəyişikliklərin
edilməsi layihəsinin tərtib edilməsinin təşkili və icrasına nəzarət etmək;
• Təşkilatı strukturun formalaşdırılması və ya dəyişiklik edilməsi ilə
bağlı məktub, əmr layihələrinin tərtib edilməsinin təşkili və icrasına nəzarət
etmək;
• Qulluqçu və fəhlələrin ştat cədvəllərinin tərtibi və ona dəyişikliklərin
edilməsinin təşkili və icrasına nəzarət etmək;
• Texniki iqtisadi göstəricilərin toplanması, qulluqçuların və fəhlələrin
normativ sayının hesablanması, iş həcminin müəyyənləşdirilərək uyğun işçi
sayının təyin edilməsinin təşkili və icrasına nəzarət etmək;
• Mövcud ştat cədvəllərində dəyişikliklərin edilməsi barədə
müraciətlərə əsasən araşdırmaların və təhlillərin aparılmasının təşkili və
icrasına nəzarət etmək;
• Ştatların tərtib, təsdiq və ona dəyişikliklərin edilməsi qaydalarını,
vəzifə (peşə) adlarını, ödəniş (ixtisas) dərəcələrini, vəzifə (tarif) maaşlarını
müəyyən edən müvafiq normativ sənədlərin tələblərinə əsasən qulluqçu və
fəhlələrin ştat cədvəllərinin və ya onlara dəyişiklik layihələrinin tərtib
edilməsinin təşkili və icrasına nəzarət etmək;
• Qulluqçu və fəhlələrin ştat cədvəllərinin və ya onlara dəyişikliklərin
müvafiq qaydalara riayət edilməklə rəsmiləşdirilməsini təmin etmək;
• Rəsmiləşdirilmiş ştat cədvəlinin və ya ona edilmiş dəyişikliklərin
sistemə (SAP ERP) tətbiq edilməsinin təşkili və icrasına nəzarət etmək;
• Struktur bölmələrinin əsasnamələrinin, vəzifə və peşə təlimatlarının
hazırlanmasının təşkili və icrasına nəzarət etmək;
• Sahənin struktur bölmələrindən daxil olmuş əsasnamə layihələrinin
struktur bölmənin icra etdiyi işlərə uyğunluğuna nəzarət olunmasını təmin
etmək;
• Sahənin struktur bölmələrindən daxil olmuş əsasnamə layihələrinin
struktur bölmənin icra etdiyi işlərə uyğun olaraq, mövcud standart və
normativ sənədlərin tələblərinə riayət edilməklə tərtib edilməsinin təşkili və
icrasına nəzarət etmək;
• Struktur bölmələrdən daxil olmuş vəzifə (peşə) təlimatlarının işçinin
tutduğu vəzifəyə uyğunluğuna nəzarət olunmasını təmin etmək;
• Struktur bölmələrdən daxil olmuş vəzifə (peşə) təlimatı layihələrinin
işçinin tutduğu vəzifə və icra etdiyi işlərə uyğun olaraq, mövcud standart və
normativ sənədlərin tələblərinə riayət edilməklə tərtib edilməsinin təşkili və
icrasına nəzarət etmək;
• Struktur bölmələrin əsasnamələrinin, vəzifə və peşə təlimatlarının
rəsmiləşdirilməsinin və aidiyyəti üzrə təqdim edilməsinin təşkili və icrasına
nəzarət etmək;
• Əməyin və əməyin ödənilməsinin tənzimlənməsi ilə bağlı
sənədləşmənin təşkili və icrasına nəzarət etmək;
• Əmək haqqına əlavələrin (birdəfəlik mükafat, bayramla əlaqədar
mükafatlandırma, aparıcı məsul işçilərə və səlahiyyətə, peşəkarlığa, fəxri
ada, orden, medal və alimlik dərəcəsinə və s. görə) edilməsinin
rəsmiləşdirilməsinin təşkili və icrasına nəzarət etmək;
• İşçinin öz işi ilə yanaşı başqa bir vəzifəni müvəqqəti olaraq
əvəzetməsinin sənədləşdirilməsinin təşkili və icrasına nəzarət etmək;
• İş vaxtı və onun müddətinin, iş rejiminin müəyyən edilməsinin
sənədləşdirilməsinin təşkili və icrasına nəzarət etmək;
• Əməyin və əməyin ödənilməsinin tənzimlənməsi ilə bağlı
sərəncamverici sənədlərə əsasən sistemdə (SAP ERP) müvafiq dəyişikliklərin
edilməsinin təşkili və icrasına nəzarət etmək;
• İş vaxtının uçotunun aparılmasının təşkili və icrasına nəzarət etmək;
• İşçilərin iş vaxtının uçotunun (tabel) aparılmasının təşkili və icrasına
nəzarət etmək;
• İş qrafiklərinin düzgün tərtibinin və tətbiq edilməsinin təşkili və
icrasına nəzarət etmək;
• İş yerlərinin attestasiyasının keçirilməsini təşkil etmək;
• Aparılmış instrumental ölçmə işlərinin nəticələrinin
rəsmiləşdirilməsini təşkil etmək;
• İş yerlərinin attestasiyasının nəticələrinə əsasən işçilərin əmək
haqlarına artım əmsallarının tətbiq edilməsinə nəzarət etmək;
• Əməyin təşkili və əmək statistikası hesabatlarının hazırlanmasının
təşkili və icrasına nəzarət etmək;
• Əmək haqqının strukturu haqqında məlumatın hazırlanmasının
təşkili və icrasına nəzarət etmək;
• İş vaxtından istifadə balansı haqqında hesabatın hazırlanmasının
təşkili və icrasına nəzarət etmək;
• Rəhbərlik etdiyi struktur bölmə üzrə iş bölgüsününü aparmaq;
• Struktur bölmənin fəaliyyətinə nəzarəti həyata keçirən aidiyyəti
üzrə rəhbərliyə hesabatlar vermək;
• Rəhbərlik etdiyi struktur bölmə üzrə onun əsasnaməsi, müvafiq
vəzifə standartları və s. standart sənədlərə əsasən yerinə yetirilməsi tələb
olunan illik, aylıq, həftəlik və gündəlik işlərin icrasına nəzarətin təşkilini
təmin etmək;
• Struktur bölmənin işçilərinin təlim ehtiyaclarını müəyyənləşdirmək
və inkişafı ilə əlaqədar fəaliyyətləri təşkil etmək;
• Struktur bölmə işçiləri tərəfindən əmək və icra intizamına riayət
edilməsini tələb etmək;
• Struktur bölmə işçilərinin həvəsləndirilməsi və onlar barəsində
intizam tənbehi tədbirlərinin görülməsi haqqında xidməti təqdimatları
vermək;
• Struktur bölmə işçilərinin fəaliyyətini qiymətləndirmək;
• Struktur bölmə işçilərinin fəaliyyətinin effektivliyinin artırılması
üçün tədbirləri həyata keçirmək;
• Struktur bölmənin fəaliyyətinin inkişafı üçün inkişaf planları və
təklifləri hazırlamaq;
• Rəhbərliyin əmrinə əsasən yaradılmış komissiyaların işində iştirak
etmək;
• Vəzifə funksiyalarının icrasından irəli gələn işlər barədə auditor
xidməti və dövlət orqanları tərəfindən tələb olunan məlumatları və
izahatları təqdim etmək;
• Struktur bölməyə daxil olan sənədlərin cavablandırılmasının təşkili
və icrasına nəzarət etmək;
• Rəhbərlik tərəfindən təsdiq edilmiş, struktur bölmə üzrə işlərin
nomenklatur siyahısına uyğun mühasibat sənədlərinin çeşidlənməsi,
toplanması, saxlanılması, vaxtı bitmiş sənədlərin müvafiq qaydada arxiv
işləri üzrə struktur bölməyə təhvil verilməsinin təşkili və icrasına nəzarət
etmək;
• Əsasnamədən və vəzifə təlimatından irəli gələn vəzifə və
funksiyaların yerinə yetirilməsi ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını
icra etmək;
• Struktur bölmənin iş planının hazırlanmasının təşkili və icrasına
nəzarət etmək;
Xüsusi tələblər
• Ali bakalavr / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə 5 il Müvafiq sahə üzrə rəhbər və
• Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir mühəndis-texniki vəzifələrində iş stajı və ya 3 il kənar təşkilatlarda müvafiq struktur bölmədə rəhbər vəzifəsində iş stajı
• Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
• Səriştəlik və digər tələblər
• Dərketmə
• Detallara diqqət
• Dürüstlük
• Etik davranış
• İdarəetmə
• Səlahiyyətvermə
• İşçiləri inkişaf etdirmə
• Konfliktlərin idarə edilməsi
• Məsuliyyət
Mühakimə
Nəticə yönümlülük
Nizam-intizam
Nizam-intizam
Peşəkarlıq
• Planlama və təşkiletmə
• Problem analiz etmə
• Qətiyyətlilik
• Qrup liderliyi
• Şifahi özünüifadə
• Stresin idarə edilməsi
• İşi təqib etmə
• Təşkilatı anlama
• Vizyon
• Yazılı özünüifadə
• İngilis dili
• Microsoft Excel
• Microsoft Word
• Microsoft Outlook
• Əmək hüququ
• Əmək normalarının işlənməsi
• Əməyin ödənilməsi
• İş rejimi və iş vaxtının idarə olunması
• Mal-material xərclərinin uçotu
• Əsas fondların uçotu
• İstehsalat xərclərinin uçotu
• Büdcələşmə
• Pul vəsaitlərin hərəkəti
• Gəlir-xərc analizi
• Aktiv-passiv analizi
• Əmək haqqının uçotu
• Vergi uçotu
• Mühasibat uçotu haqqnda qanun
• SAP MM
• SAP SD
• SAP Fİ
• SAP HR
• OpenText
• Keyfiyyət idarəetmə sistemi
• Ətraf mühitin idarə edilməsi sistemi
• Büdcə sistemi haqqında Az. Res. Qanunu
• Dövlət əmlak. istif. haqqında reqlament
• Fəaliyyəti tənz. daxili normativ sənəd.
• Fəaliyyəti tənz. daxili normativ sənəd.
• Qiymətli metal. tullant. uçot. qaydası
• Maliyyə Hesabat. Beynəlxalq Standartları
• Məhsulun (iş və xidmət) satışının uçotu
• Mühasibat Uçot. Beynəlxalq Standartları
• Ştat vahid. formalaşdırılması, təkmilləş
• Təşk. struktur. formalaşdır., təkmilləş
• Əməyin sağlam. və təhlükəsizliyi sistemi
• Neft sən. əm. müh. vah. idarəet. sistemi
• Məhsulun (iş və xidmətin) satışının uçotunu bilməli;
• Hüquqi şəxslərdə, o cümlədən, hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli
daşların qırıntıları və tullantıları yarandıqda, həmin qırıntıların və tullantıların mütləq yığılması və onların
uçotunun aparılması qaydasını bilməli;
• Təşkilatı strukturların formalaşdırılması, təkmilləşdirilməsini bilməli;
• Ştat vahidlərinin formalaşdırılması, təkmilləşdirilməsini bilməli;
• Əməyin ödənilməsini bilməli;
• İş rejimi və iş vaxtının idarə olunmasını bilməli;
• Əmək hüququnu bilməli;
• Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununu bilməli;
• Mal-material xərclərinin uçotunu bilməli;
• Əsas fondların uçotunu bilməli;
• İstehsalat xərclərinin uçotunu bilməli;
• Büdcələşməni bilməli;
• Pul vəsaitlərin hərəkətini bilməli;
• Gəlir-xərc analizini bilməli;
• Aktiv-passiv analizini bilməli;
• Əmək haqqının uçotunu bilməli;
• Vergi uçotunu bilməli;
• Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını bilməli;
• Mühasibat Uçotunun Beynəlxalq Standartlarını bilməli;
• Mühasibat uçotu haqqnda qanunu bilməli;
• AR Əmlak Məsələləri Dövlət Komitəsinə Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasının təqdim edilməsi üzrə inzibati reqlamenti bilməli.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |