3 C
Baku
Saturday, December 14, 2024

Mühasibatlıq müdiri – Azersun Holding

0
Mühasibatlıq müdiri – Azersun Holding
Bakı
25.10.2023

Vakansiyanın təsviri

•    Maddi, əmək, maliyyə vəsaitlərin qənaətli istifadəsinə və müəssisənin iqtisadi dayanıqlığının qorunması ilə bağlı faəliyyətin həyata keçirilməsi;
•    Təşkilatın maliyyə strategiyasının və onun maliyyə sabitliyinin təməlinin hazırlanması, əsas fondun cari və əsaslı təmirinin maliyyələşdirilməsinin qayda və meyarlların müəyyən edilməsi;
•    Təşkil ödəmə qabiliyyətinin təmin olunması, gəlirliyin qaldırılması, xərclərin azaldılması, həmçinin istifadə olunmayan maddi sərvətlərin əmələ gəlməsinin qarşısının alınması üzrə rəhbərliyə təkliflərin verilməsi;
•    Müəssisələrin  əməliyyat büdcəsini və İnzibati hesabatların hazırlanmasını koordinasiya etmək,
•    Aylıq, rüblük və illik olaraq maliyyə hesabatlarını hazırlatdırmaq,
•    Müəssisənin aylıq və illik fəaliyyətini və idarə etmə hesabatlarını gözdən keçirərək lazımi tədbirlərin görülməsi üçün  əlaqəli şöbələrlə paylaşmaq və sahəsinə uyğun fəaliyyətləri izləmək,
•    Maliyyə hesabatları, nağd pul dövriyyəsi  mühasibatlıq və xərc hesabatlarına aid bütün prosesləri idarə etmək,
•    Ümumi Mühasibatlıq uçotu, Xərclər uçotu və Xərclər hesabatları üzrə baş mühasiblərə istiqamət vermək və nəzarət etmək,
•    Vergi və digər rəsmi öhdəliklərin yerinə yetirilməsini nəzarətdə saxlamaq və idarə etmək,
•    Qrup şirkətləri arasında alış, satış, gəlir, xərc qeydiyyatlarında yaranan səhvləri digər şirkət rəhbərləri və Mərkəzi Maliyyə şöbəsiylə danışıqlar apararaq həll yolunu təmin etmək,
•    Şirkətlərin banklar, kredit təşkilatları, maliyyə qurumları və dövlət orqanları ilə olan əlaqələrini Mərkəzi Maliyyə Direktorluğuyla birlikdə əlaqəli formada idarə etmək,
•    Tabeliyində olan işçilərin inkişafını təmin etmək onların ehtiyata alınmasını, təyinat üzrə yönləndirilməsini, təlimlərini İR ilə birlikdə planlamalı,
•    İnkişaf etdirilən yeni iş proseslərinin və proqram təminatlarının mövcudda istifadəsinə dəstək vermək
•    İş Qrafiki: Həftə içi 5 gün
•    İş Yeri: Bakı şəhəri

Xüsusi tələblər

•    Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
•    Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi;
•    Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
•    Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
•    Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
•    MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
•    ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli
•    Peşəkar mühasibatlıq sertfikatına malik olmalı
•    Dəqiq və məsuliyyətli olmalı;
•    Təqib və ünsiyyət bacarıqları olmalı

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib