7 C
Baku
Thursday, December 12, 2024

Baş mühasibin müavini – AzRe Reinsurance Company

0
Baş mühasibin müavini – AzRe Reinsurance Company
Bakı
21.11.2023

Namizədə aid tələblər:

  • Ali təhsil: Mühasibatlıq, maliyyə, iqtisadiyyat və əlaqəli sahələr üzrə ali təhsil;
  • Təhsil dərəcəsi: Bakalavr (magistr dərəcəsi olması arzu olunandır);
  • Sahə üzrə iş təcrübəsi: Sığorta şirkətində mühasibatlıq sahəsində azı 3 illik iş təcrübəsinin olması;
  • Peşəkar mühasibat sertifikatının (PMS) olması;
  • Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli və 1C proqramını yüksək səviyyədə bilməli;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli;
  • IFRS 17, IFRS 9 bilikləri;
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA / ən azı F3, F7 və ya DipIFR);
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) və Rus (arzu olunan);
  • Digər: Analitik təhlil etmə və komandada işləmək bacarığı.

Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:

  • Şirkətin mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirmək;
  • Vergi, DSMF, statistika, məşğulluq üzrə bəyannamələrin və hesabatların hazırlanmasının və vaxtlı-vaxtında aidiyyatı dövlət qurumlarına təqdim olunmasının təmin olunması;
  • Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması, xəstəlik vərəqələrin hazırlanması, hesablanması və hesablaşmalara birbaşa nəzarət etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Debitor və kreditor borcların uçotunun və üzləşmələrin aparılması;
  • Gəlir və xərclərin uçotunun aparılması;
  • On-line kargüzarlıq üzərindən aparılan yazışmalara nəzarət və daxil olan bütün sorğuların zamanında və qanunvericiliyə uyğun cavablandırılmasının təmin olunması;
  • Mühasibtalıq heyətinin işinin koordinasiyası və tənzimlənməsi;
  • Rəhbərlik tərəfindən verilən bütün tapşırıqların zamanında icra olunmasını təmin etmək;

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır.
  • Könüllü tibbi sığorta.
  • İş qrafiki: bazar ertəsi – cümə, 09:00-dan 18:00-dək; şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir.
  • Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
  • Ünvan: Bakı şəhəri, Bakıxanov küçəsi, 6, Bridge Plaza.

Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını (Baş mühasibin müavini) yazmaqla CV-ni elektron poçt ünvanına göndərsinlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta