14 C
Baku
Tuesday, April 16, 2024

Bazar fəaliyyətlərinin monitorinqi üzrə mütəxəssis – Aqrar İnnovasiya və Təchizat Şirkəti

0
Bazar fəaliyyətlərinin monitorinqi üzrə mütəxəssis – Aqrar İnnovasiya və Təchizat Şirkəti
Bakı
16.09.2020

Əsas fəaliyyət istiqamətini Azərbaycan Gübrə və Kənd Təsərrüfatı məhsulları bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman içində gənc potensial kadrları öz ətrafında toplamaqla və müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir. Şirkət Azərbaycan fermerlərinə daha rahat əlçatan məhsul və xidmətlərini təklif etmək üçün geniş xidmət şəbəkəsini qurmuşdur.

Vəzifə: Bazar fəaliyyətlərinin monitorinqi üzrə mütəxəssis

Əsas vəzifə öhdəlikləri:

– Bölgələrin bazarın tələblərinin öyrənilməsi, rəqiblərin məhsul və xidmətlərinin tədqiq olunaraq analitik araşdırmanın aparılması;
– Bölgələrdə şirkətin satış nöqtələri, reklam daşıyıcıları, rəqabət vəziyyəti və müştəri davranışları ilə bağlı davamlı olaraq monitorinq fəaliyyəti ilə məşğul olması;
– Marketinq təbirlərinin təşkilində iştirak, bölgələrə ezamiyyə və bölgə filiallarında korporativ üslubun qorunmasına nəzarət
– Müəssisənin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklam fəaliyyətinin təşkilində iştirak;

Namizədə dair tələblər:

– Ali təhsil (Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi)
– Satış, marketinq, ekspeditor və ya merçendayzer sahəsində ən az 2 il təcrübə
– Sürücülük vəsiqəsi (B,BC kateqoriya ) və şəxsi avtomobil olması
– Bəy namizəd, yaş həddi – 24-37
– Azərbaycan dili mükəmməl səviyyədə bilməli, Ingilis və Rus dili arzuolunandır
– Enerjili, işgüzar, məsuliyyətli olmalı, insanlarla kommunikasiya qurmağı yaxşı bacarmalıdır.

İş şərtləri:

– Bazar ertəsi – Cümə: 8:30 – 17:30, Şənbə : 10.00 – 16.00
– İş həftəsinin 3-4 günü bölgələrdə ezamiyyətdə keçəcək
– Əmək haqqı: 700-800 azn
– Korporativ nömrə, yanacaq və avtomobilin amortizasiyası şirkət tərəfindən təmin edilir.

Maraqlanan namizədlər mövzu yerində “Monitorinq mütəxəssis” yazmaqla öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər