Bakı
01.12.2021
Öhdəliklər:
- Bazar risklərinin idarə edilməsi prossesinin( müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin təşkili və bu prosesə nəzarətin) həyata keçirilməsi;
- Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə nəzarət edilməsi;
- Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
- Bazar risklərinin idarə edilməsi üzrə müraciət əsasında rəylərin verilməsi;
- Bazar riskləri sahəsində araşdırılma aparılması.
- Bank və müvafiq sahədə qanunvericilik üzrə biliklər;
- Makro iqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
- Birbaşa rəhbərinin tapşırığına əsasən, risk istiqaməti üzrə digər hesabatların hazırlanması;
- Risk strategiyasının optimallaşdırılması və təkmilləşdirilməsi üçün şirkət data bazalarından datanı götürmək və təhlil etmək;
- Birbaşa rəhbərinin tapşırığına əsasən, kredit riskləri şöbəsinin vəzifə öhdəliklərinə aid digər tapşırıqların icrası;
Tələblər:
- İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
- Analitik düşünmə, yüksək təhliletmə və operativ qərarvermə qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stress altında işləmə qabiliyyəti;
- Yüksək ünsiyyət, aktiv,təşəbbüskar və təqdim etmə bacarığı;
- Qiymətli kağızlar haqqında yüksək bilik;
- Ümumi bazar risklərinin idarə edilməsi, risk metod və modelləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- Komandada işləmək bacarığı;
- İri həcmli məlumat bazası ilə işləmək bacarığı.
Üstünlük verilən bilik və bacarıqlar:
- Beynəlxalq sertifikatlara (CERM,CFA, FRM) malik olması arzuolunandır;
- Microsoft Offise proqramları (Excell, Word, Power Point) ilə yüksək səviyyədə işləmə baxarığ;
- SQL, Python, R üzrə biliklər arzuolunandır;
- İngilis və Rus dili bilikləri arzuolunandır;
Müvafiq olaraq mütəxəssis, aparıcı, baş mütəxəssis və bölmə rəhbəri vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 1, 2 , 3 və 3 ildən artıq iş təcrübəsi.
Anketlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Bazar riskləri” yazmağı unutmayın.
E-mail: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |