1 C
Baku
Saturday, December 14, 2024

Bazar risklərinin idarə edilməsi şöbəsində Rəhbər/mütəxəssis – TuranBank

0
Bazar risklərinin idarə edilməsi şöbəsində Rəhbər/mütəxəssis – TuranBank
Bakı
01.12.2021

Öhdəliklər:

  • Bazar risklərinin idarə edilməsi prossesinin( müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin  təşkili və bu prosesə nəzarətin) həyata keçirilməsi;
  • Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə  nəzarət edilməsi;
  • Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;
  • Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
  • Bazar risklərinin idarə edilməsi üzrə müraciət əsasında rəylərin verilməsi;
  • Bazar riskləri sahəsində araşdırılma aparılması.
  • Bank və müvafiq sahədə qanunvericilik üzrə biliklər;
  • Makro iqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
  • Birbaşa rəhbərinin tapşırığına əsasən, risk istiqaməti üzrə digər hesabatların hazırlanması;
  • Risk strategiyasının optimallaşdırılması və təkmilləşdirilməsi üçün şirkət data bazalarından datanı götürmək və təhlil etmək;
  • Birbaşa rəhbərinin tapşırığına əsasən, kredit riskləri şöbəsinin vəzifə öhdəliklərinə aid digər tapşırıqların icrası;

Tələblər:

  • İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ali təhsil;
  • Analitik düşünmə, yüksək təhliletmə və operativ qərarvermə qabiliyyəti;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Stress altında işləmə qabiliyyəti;
  • Yüksək ünsiyyət, aktiv,təşəbbüskar və təqdim etmə bacarığı;
  • Qiymətli kağızlar haqqında yüksək bilik;
  • Ümumi bazar risklərinin idarə edilməsi, risk metod və modelləri, maliyyə məhsulları, nəzəriyyə və anlayışları haqqında əla biliklər.
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Komandada işləmək bacarığı;
  • İri həcmli məlumat bazası ilə işləmək bacarığı.

Üstünlük verilən bilik və bacarıqlar:    

  • Beynəlxalq sertifikatlara (CERM,CFA, FRM) malik olması arzuolunandır;
  • Microsoft Offise proqramları (Excell, Word, Power Point) ilə yüksək səviyyədə işləmə baxarığ;
  • SQL, Python, R üzrə biliklər arzuolunandır;
  • İngilis və Rus dili bilikləri arzuolunandır;

Müvafiq olaraq mütəxəssis, aparıcı, baş mütəxəssis və bölmə rəhbəri vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 1, 2 , 3 və 3 ildən artıq iş təcrübəsi.

Anketlərinizi e-mail ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Bazar riskləri” yazmağı unutmayın.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi