2 C
Baku
Sunday, December 15, 2024

Beynəlxalq əlaqələr və kommunikasiya idarəsinə Zəng mərkəzinin operatoru – Maliyyə Bazarlarına Nəzarət Palatası

0
Beynəlxalq əlaqələr və kommunikasiya idarəsinə Zəng mərkəzinin operatoru – Maliyyə Bazarlarına Nəzarət Palatası
13.03.2019

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Beynəlxalq əlaqələr və kommunikasiya idarəsinə Zəng mərkəzinin operatoru vəzifəsi üzrə vakansiya elan edir.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil (iqtisadiyyat, beynəlxalq münasibətlər, jurnalistika, ictimaiyyətlə əlaqələr və digər əlaqədar sahələr üzrə);
• Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
• Yaxşı səviyyədə ingilis və rus dilli bilikləri;
• Microsoft office proqramlarında işləmək bacarığı;
• Operativlik, təşəbbüskarlıq, problemləri həll etmə, analitik düşüncə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Daxil olan zəngləri cavablandırmaq və ya lazım olduqda yönləndirmək; 
• Müəyyən bank və sığorta xidmətləri barədə müştərilərə telefonla ətraflı məlumat vermək; 
• Bank və sığorta xidmətləri ilə bağlı ünvanlanmış müraciətlərin həllində səlahiyyətləri çərçivəsində yardımçı olmaq, digər hallarda müştərini müvafiq struktur bölməyə yönləndirmək; 
• Daxil olan zənglərin nəticələri və sayları barədə gündəlik, aylıq və illik hesabatlar hazırlamaq; 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları