10 C
Baku
Wednesday, December 11, 2024

Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi Departamentinin Mütəxəssisi – Azersun Holding

0
Beynəlxalq Əlaqələr və Ticarətin Maliyyələşdirilməsi Departamentinin Mütəxəssisi – Azersun Holding
Bakı
13.02.2024

Vakansiyanın təsviri

  • Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları və xidmətləri (LG/LC və s.) ilə təmin etmək və bu əməliyyatların icra edilməsi;
  • Bank Qarantiya & Akkreditiv qovluqların hazırlanması (şərtlər və girovlar daxil olmaqla);
  • Potensial əməkdaşlıq üçün xarici və beynəlxalq maliyyə qurumları haqqında məlumatların araşdırılması, toplanılması və əlaqələrin qurulması;
  • Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışlarının həyata keçməsi üzrə müştəri və digər aidiyyatı tərəflərlə qarşılıqlı əlaqənin qurulması;
  • Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması;
  • Xarici və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə işgüzar görüşlərin təşkili.
  • Maliyyə İnstitutları ilə danışıqların aparılması, sənədlərin hazırlanması və ötürülməsi;

Xüsusi tələblər

  • Ali təhsil (Maliyyə, İqtisadiyyat, Beynəlxalq Əlaqələr və Biznesin İdarə edilməsi üzrə);
  • Azərbaycan, İngilis və Rus dillərini bilməsi;
  • Microsoft Office proqramları;
  • Bank sahəsində minimum 1 il iş təcrübəsi;
  • Müvafiq yerli və beynəlxalq qanunvericilik, SWIFT;
  • Hesabat hazırlama bacarığı, fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
Müraciət etmək üçün[email protected]