Bakı
13.02.2024
Vəzifə öhdəlikləri:
- Kommersiya departamentinin fəaliyyətinə rəhbərlik etmək;
- Kommersiya departamentinin şöbələri və işçiləri arasında qarşılıqlı əlaqələrin qurulması;
- Kommersiya departamentinin işçilərinin şirkətin normativ, metodik materialları və sərəncamları barədə vaxtlı-vaxtında məlumatlandırılması;
- Yeni müştərilərin cəlb edilməsi və müştəri münasibətlərinin idarə edilməsi;
- Mövcud müştərilərin tələblərinin müəyyən edilməsi və müştəri məmnuniyyətinin təmin edilməsi;
- Məhsulların keyfiyyətinə və xidmətin standartlara uyğun göstərilməsinə dair monitorinqin həyata keçirilməsi;
- Şirkətin marketinq strategiyasının hazırlanması üzrə işlərə nəzarət;
- Qoyulmuş tapşırıqların icra olunması üçün işçilərin motivasiya edilməsi;
- Kommersiya departamentinin işçiləri tərəfindən təqdim olunmuş statistik məlumatların, hesabatların və məruzələrin yoxlanılması;
- Şirkətdə qəbul olunmuş standartlara əsasən həftəlik və aylıq iclasların keçirilməsi;
- Şirkətin mövcud biznes proseslərinin və prosedurlarının optimallaşdırılması üzrə layihələrin tərtib edilməsi və realizasiyası zamanı fəal iştirak etməsi;
- Əsas məlumat bazasından istifadə edərək kommersiya fəaliyyətinin icrasına nəzarət edilməsi və üst rəhbərlik üçün hesabatların hazırlanması;
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
- Kommersiya direktoru və ya bənzər sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
- Satış, marketinq və ya müştərilərlə əlaqələrin idarə edilməsi sahəsində iş təcrübəsi;
- Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq;
- Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
- Məsuliyyətlilik və analitik düşüncə tərzi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 08:00-17:00;
- Rəqabət qabiliyyətli əmək haqqı;
- Nəqliyyat xərcləri və nahar.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |