7 C
Baku
Thursday, December 12, 2024

Biznes analitik – Bank of Baku

0
Biznes analitik – Bank of Baku
Bakı
14.10.2021

Biznes analitik

Əsas vəzifə və öhdəliklər:

  • İstifadəçi tələblərinin toplanması üçün bank əməkdaşları ilə görüş və analitik intervyuların həyata keçirilməsi;
  •  Biznes proseslər üzrə texniki sənədlərin (texniki tapşırıq, use-case, uml diaqramlar, istifadəçi təlimatları) hazırlanması;
  • Layihələrin texniki rəhbərləri ilə texniki tapşırıqların müzakirəsi və komanda ilə görüləcək işlərin və layihə planın hazırlanmasında iştirak;
  •  Proqramlaşdırma mərhələsində sistemin tələbləri və analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi;
  • Hazırlanmış proqram təminatlarının və yeni funksionallıqların testlərinin aparılması.

Tələblər:

  • İnformasiya texnologiyaları və ya maliyyə ixtisasları üzrə ali təhsil;
  •  Biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər;
  • Kompüter bilikləri: MS Word, MS Excel, MS Project, MS Visio;
  • Task Management sistemlərinin hər hansı biri ilə işləmə bacarığı (Jira, trello və s.);
  • Wireframe, mockup, prototyping alətlərindən istifadə etmək bacarığı;
  • SQL üzrə biliklər;
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yaxşı səviyyədə olması
  •  Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması;
  • İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması.

o İş qrafiki: 5 iş günü, 09:00-18:00
o İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)

Müraciət qaydası:

Müraciət etmək istəyən namizədlər qeyd edilən link vasitəsilə
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform onlayn CV formamızı doldura və ya CV-ləri subject bölməsində Biznes analitik qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT