10 C
Baku
Friday, December 13, 2024

Biznes Analitik – Datum

0
Biznes Analitik – Datum
Bakı
13.09.2023

Vəzifələri:

  • Biznes tələblərini toplamaq və sənədləşdirmək üçün sifarişçinin nümayəndələri ilə analitik müsahibələrin aparılması, sifarişçinin tələblərinin müəyyən edilməsi və təhlili
  • Biznes tələblərin və istifadəçi ehtiyaclarının öyrənilməsi, analiz edilərək layihə komandasına ötürülməsi
  • Layihə üzrə Texniki Tapşırığın və digər texniki sənədlərin təhlil edilməsi, yaranan sualların, çatışmazlıqların, varsa ziddiyyətlərin aydınlaşdırılması üçün sifarişçi ilə müzakirələrin aparılması
  • Müxtəlif analiz sənədlərinin, hesabatların hazırlanması
  • Müxtəlif modellərin, sxemlərin, iş axınlarının təsviri və sənədləşdirilməsi
  • Texniki tələblərin layihə komandası ilə müzakirə edilməsi
  • Funksionallıqların testi zamanı test komandası ilə sıx əməkdaşlıq edilməsi
  • Layihə komandasına biznes ehtiyaclarını effektiv şəkildə çatdırmaq üçün istifadəçi hekayələri və qəbul meyarlarının hazırlanması

Namizədə tələblər:

  • Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti
  • Minimum 3 il İT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi
  • Biznes və texnologiyanın tələblərini anlamaq
  • Proqram təminatının inkişaf etdirilməsi prosesi haqqında biliklər
  • İş axınlarını, tapşırıqların izlənməsini və sənədləşdirməni həyata keçirmək üçün layihə idarə edilməsi alətləri ilə tanışlıq.
  • Agile metodologiya haqqında biliklər
  • Komanda ilə işləmək, individual qərarlar alabilmək və stres altında işləyə bilmək
  • Rus və İngilis dillərində yazışma, ünsiyyət və texniki sənədlərin hazırlanması səviyyəsində biliklər

Maaş: 1200-1800 AZN

Qeyd: Uyğun namizədlər CV-lərini “Biznes Analitik” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT