9 C
Baku
Friday, December 13, 2024

Biznes Analitik – PASHA Bank

0
Biznes Analitik – PASHA Bank
20.05.2019

“PASHA Bank” ASC Biznes Analitik vakansiyasını elan edir.

İŞ BARƏDƏ MƏLUMAT:

Sorğulanan biznes tələblərin araşdırılması, məqsədinin və effektivliyinin müəyyən edilməsi. Tələblərə əsasən, ən effektiv həll yollarının tapılması və sorğunun icrası üçün texniki tapşırıq sənədinin hazırlanması. Sorğuların araşdırma, icra və təhvil mərhələlərini daima nəzarətdə saxlamaq və icra edilən sorğuların, texniki sənədin tələblərinə uyğun olmasına cavabdeh olmaq.. 

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Sorğu üzrə bütün biznes tələblərin yığılması və razılaşdırılması.
• Tələblərə əsasən, sorğunun icrası üçün, funksional və qeyri funksional tələblər üzrə, texniki tapşırıq sənədinin hazırlanması.
• Bütün maraqlı tərəflər ilə tələblər üzrə razılığın rəsmiləşdirilməsi.
• Sorğunun ən son texniki tələblər sənədinə uyğun olaraq icra edilməsinə nəzarət.
• UAT mərhələsi üçün test ssenarilərini tələb etmək və sifarişçi ilə razılaşdırmaq.
• Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
• Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
• Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

ƏSAS FƏALİYYƏT GÖSTƏRİCİLƏRİ

• Biznes tələblər sənədi
• Texniki tələblər sənədi
• Hər müzakirə/görüşdən sonra MoM hazırlamaq
• Texniki tələblər sənədi
• Test nümunələri
• Daxili qayda və təlimatların pozulması
• Audit və komplayns yoxlama nəticələri
• SƏTƏM hesabatları və qeydiyyatı 

TƏLƏB OLUNANLAR:

•Təhsil: İqtisadiyyat və ya İnformasiya texnologiyaları sahəsi üzrə Bakalavr təhsili;
•İş təcrübəsi: Maliyyə və İT sahəsi üzrə 3 ildən artıq iş təcrübəsi;
•Xarici dil: İngilis dili (yaxşı);
•Kompüter bilikləri: Microsoft Office (Excel, Visio), SQL, Macros, UI/UIX designing, UML; 
•Bazar biliyi: Bank prosesləri, bank tənzimləyicisi, bank məhsulları;
•Digər: Yaxşı ünsiyyət qurma və təqdimat keçirmə bacarıqları, proqram təminatının yaradılma metodları (təməl bilik).

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.06.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Biznes Analitik” yazaraq göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə